Icma.az
close
up
RU
Özbaşına müayinə etdirənlər həm vaxt, həm vəsait itirirlər Nevroloq AÇIQLADI

Özbaşına müayinə etdirənlər həm vaxt, həm vəsait itirirlər Nevroloq AÇIQLADI

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Gündəlik həyatımızda insanlarla dialoq zamanı tez-tez səbəbsiz yerə baş ağrısı şikayətlərini eşidirik.

Bəs baş ağrılarının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-nevroloq Rəna Abbasova bildirdi ki, baş ağrıları səbəbsiz olmur:

"Bəzən baş ağrıyanda deyirlər ki, gecə yuxusuz olmuşam, yeməyimin vaxtı keçib, əsəbiləşmişəm və başqa səbəbləri ağrı ilə əlaqələndirirlər. İnsanlar müxtəlif səbəblər göstərsələr də, baş ağrılarını bəzən ciddiyə almaya bilirlər. Heç bir problemin olmadığını düşünənlər həkim təyinatı olmadan müəyyən müayinələr edirlər və heç bir problem olmadığını görüb "səbəb yoxdur" deyirlər. Amma bu, düzgün yanaşma deyil, çünki baş ağrıları müxtəlif səbəblərdən meydana gələ bilər. Bildiyimiz kimi, baş ağrıları ümumilikdə iki qrupa bölünür: birincili və ikincili baş ağrıları. Ən çox rast gəlinən birincili tip baş ağrılarıdır. Bu zaman baş beyində və ya orqanizmdə ağrıya səbəb ola biləcək hər hansı bir problem aşkarlanmaz. Miqren, gərginlik tipli və klaster baş ağrıları bu qrupa daxildir. Bu tip ağrılarda müayinələrdə heç bir struktur dəyişiklik tapılmır, lakin bu, onların müalicə olunmaması demək deyil. Miqren diaqnozu varsa, tutmaların sayına və şiddətinə görə; gərginlik tipli baş ağrıları varsa, ağrıların davametmə müddətinə görə müalicə seçilir. Məsələn, xəstə altı ay və ya bir il ərzində, həftənin beş günü baş ağrısından şikayət edirsə, yanaşma ağrıların tezliyi və xarakterinə uyğun müəyyən olunur".

Həkim qeyd etdi ki, bəzi xəstələr isə müalicəni yarımçıq saxlayır.

"Bir neçə ay müalicə alıb yaxşılaşdıqdan sonra həkimin tövsiyələrinə əməl etmədən müalicəni kəsirlər. Sonradan ağrı yenidən qayıdır və səbəb kimi "heç nə yox idi, yenə başladı" deyirlər. Araşdırma zamanı məlum olur ki, müalicə düzgün və tam aparılmayıb. İkincili baş ağrılarına gəlincə, buna mövsüm xarakterli baş ağrıları da daxildir. Ən çox qış-payız dövründə qrip, yuxarı tənəffüs yolları və virus xəstəliklərinin artdığı vaxtlarda müşahidə olunur. Həmçinin, qan azlığı, arterial təzyiqin yüksək olması, müxtəlif somatik xəstəliklər, törəmələr və metastatik proseslər baş ağrısına səbəb ola bilər. Bu zaman ağrının səbəbi artıq öncədən məlum olur. Bəzən yorğunluq, yuxusuzluq və uzunmüddətli dərman qəbulu da baş ağrısına yol açır. Xüsusən də ağrıkəsicilərin hər gün qəbulu abuzus baş ağrısı deyilən ikincili baş ağrısına səbəb ola bilər. Ona görə də hər hansı əlamət istər baş ağrısı olsun, istər başqa bir simptom, məsələn, kəskin haldadırsa bir həftədən, dözüləndirsə, iki həftədən çox davam edirsə, mütləq həkimə müraciət edilməlidir. Özbaşına müayinə və müalicə aparmaq olmaz. Bəzən xəstələr özləri müayinə seçib kompüter tomoqrafiyası etdirirlər, amma həkim müayinəsində məlum olur ki, problem başda yox, boyundadır. Belə halda xəstə həm vaxt, həm vəsait itirmiş olur. Bu səbəbdən hər bir müayinə həkim məsləhətindən sonra aparılmalıdır", - deyə Rəna Abbasova yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri