Icma.az
close
up
RU
Azərbaycan NATO tədbirləri nə vəd edir? (ŞƏRH)

Azərbaycan NATO tədbirləri nə vəd edir? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu kimi tədbirlərlə Azərbaycan ordusunun zabit və əsgər heyəti müəyyən bilik, bacarıq, vərdişlər əldə edir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın da iştirakı ilə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda keçirilən tədbirlərin önəmindən danışarkən deyib.

"Azərbaycan-NATO əlaqələri 1994-cü ildə imzalanan "Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində davam etdirilir. Uzun illərdir NATO ilə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Ondan biri də mina problemilə bağlıdır. Ona görə Bakı NATO ilə bu istiqamətdə sıx əməkdaşlıq edir", deyə Üzeyir Cəfərov bildirib.


Ekspert düşünür ki, NATO-Azərbaycan münasibətləti hələ uzun illər prioritet olaraq qalacaq: 

"NATO ilə keçirilən birgə tədbirlərin Azərbaycan üçün böyük əhəmiyyəti var. Zabit və əsgərlər bu əsasda müəyyən bilik, bacarıq, vərdiş əldə edir. NATO Cənub Cənubi Qafqazda Azərbaycana böyük önəm verir. Qurumun Cənubi Qafqazdakı ofisinin rəhbəri Azərbaycana da məhz münasibətlərin davam etdirilməsi məqsədilə gəlib. Təhlükəsizliyin təmin olunması, mövcud təhdidlərin, çağırışların olması Bakını da NATO ilə sıx əməkdaşlıq etməyə sövq edir. NATO-nun da buna ehtiyacı var".

Həmsöhbətimiz bildirib ki, Azərbaycanın Mühəndis İstehkam qoşunlarının qarşısında böyük vəzifələr durur: 

"Son illər sayını artırdığımız hərbçilərdən ibarət kontingent mühəndis-istehkam taboru olub. Onun üzərinə işğaldan azad olunmuş ərazilərin təmizlənməsi, bu ərazilərdə mina təhlükəsini aradan qaldırmaq kimi vəzifələr düşür".


Qeyd edək ki, 2025-ci ilin NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilir. Təlimlərdə Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər. Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir.Seminar-məşğələ dekabrın 5-dək davam edəcək. 

Bu fonda NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri Aleksandr Vinnikov da Azərbaycana gəlib. Təxminən bir ay öncə isə, noyabrın 6-7-də NATO-nun Şimali Atlantik Şurası səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Fransa, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxil idi. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri