Icma.az
close
up
RU
ABŞ mətbuatı Azərbaycanın Yaxın Şərqdə sülh prosesinə təsir imkanlarından yazıb

ABŞ mətbuatı Azərbaycanın Yaxın Şərqdə sülh prosesinə təsir imkanlarından yazıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Heç kim bir-biri ilə anlaşa bilməyən və tez-tez mübahisə edən iki dostu arasında qalmağı arzulamaz. Azərbaycan son dövrlərdə özünün iki mühüm müttəfiqi – Türkiyə və İsrail arasında müvazinəti saxlamağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Türkiyə-İsrail münasibətlərini yaxşılaşdıra biləcəkmi?” başlıqlı məqaləsində yazıb.

Qeyd olunub ki, Türkiyə Azərbaycanın çoxdankı və ən yaxın müttəfiqidir. Hər iki dövlət özünü iki ölkədə yaşayan bir xalqın parçası hesab edir. Digər tərəfdən, İsrail neft, silah və mobil telekommunikasiya kimi sahələrdə geniş ticarət əlaqələri olan Azərbaycanın yaxın tərəfdaşıdır.

Məqalə Azərbaycanın iki müttəfiqi arasında gərginliyi azaltmaq üçün nə etməli olması sualını qoyur. Həm Türkiyə, həm də İsrail Azərbaycana bir neçə sahədə, xüsusilə İkinci Qarabağ müharibəsində dəstək veriblər. Bu iki ölkə arasında əməkdaşlıq Azərbaycanı beynəlxalq və regional müstəvidə daha da gücləndirir. Müəllif iki müttəfiqimiz arasındakı münaqişəli vəziyyətin ölkəmizin maraqlarına cavab vermədiyini və bunu nəzərə alan Azərbaycanın vasitəçilik üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu reallaşarsa, Azərbaycan müttəfiqlərinə güvənən bir ölkədən Yaxın Şərqdəki münaqişələrdə vasitəçilik edən və onları nizamlayan ölkəyə çevriləcək. Politoloq əmindir ki, Türkiyə ilə İsrail arasında vasitəçilik təkcə Azərbaycanın deyil, eləcə də İsrail və Türkiyənin təhlükəsizliyini gücləndirəcək, bütün regionda sabitliyi artıracaq.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri