Icma.az
close
up
RU
ABŞ milyarderləri Trampın rüsumlarına görə, 44 milyard dollar itirdilər

ABŞ milyarderləri Trampın rüsumlarına görə, 44 milyard dollar itirdilər

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ-nin texnologiya milyarderləri Prezident Donald Trampın yeni tariflərinin səbəb olduğu bazardakı qeyri-sabitlik fonunda aprelin 2-dən aprelin 14-dək ümumilikdə təxminən 44 milyard dollar itiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “San Francisco Chronicle” qəzeti məlumat yayıb.
Məlumata görə, ən böyük itkiyə “Meta” korporasiyasının həmtəsisçisi Mark Zukerberq məurz qalıb. Onun sərvəti 30,7 milyard dollar azalaraq, 216 milyard dollardan 185,3 milyard dollara düşüb.
“Oracle” texnologiya şirkətinin direktorlar şurasının sədri Larri Ellison 24,1 milyard dollar, “Google”un həmtəsisçiləri Larri Peyc və Sergey Brin isə müvafiq olaraq 11,1 milyard və 10,7 milyard dollar itiriblər.
“Tesla” və “X” sosial şəbəkəsinin baş direktoru, ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın sərvəti isə 26 milyard dollar artaraq, 368,1 milyard dollara çatıb. Buna səbəb bazardakı ümumi qeyri-sabitliyə baxmayaraq, Maskın şirkətlərinin səhmlərinin qiymətinin artması olub.
Digər zərərçəkənlər arasında “Airbnb” şirkətinin həmtəsisçiləri Brayan Çeski, Natan Bleçarçik və Co Qebbia var. Onlar birlikdə 9,6 milyard dollar itiriblər.
Həmşinin, sərvəti 9,8 milyard dollardan 9,1 milyard dollara düşən “Salesforce”un baş direktoru Mark Benioff da zərərçəkənlər arasındadır.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik ümumi tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Eyni zamanda, aprelin 9-da Tramp bir sıra ölkələr və ərazilər üçün qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev izah edib ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində 10%-lik ümumi tarif qüvvədə olacaq.
Eyni zamanda, ABŞ Prezidenti Çin məhsullarına rüsumları 125%-ə qaldırıb. Hazırda əvvəllər tətbiq edilmiş 20%-lik rüsum da daxil olmaqla Çindən gələn malların ümumi rüsumu 145%-ə çatır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri