Mahir Emreli: “Çətin mövsüm keçiririk”
Icma.az, Qol.az saytına istinadən bildirir.
Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun futbolçusu Mahir Emreli komandasının uğursuz çıxışı ilə bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, Polşa çempionatının 16-cı turunda “Piast”la ev oyununda (1:2) qol vuran 29 yaşlı hücumçu instaqram hesabında yazıb:
“İlin son ev oyunu. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.
İndiyədək çətin mövsüm keçiririk. Amma klubda hər kəs – futbolçular, məşqçilər və digər əməkdaşlar vəziyyəti dəyişmək üçün əllərindən gələni edirlər. Birlikdə çalışmağa və mübarizə aparmağa davam edirik.
Xüsusilə çətin anlarda göstərdikləri inanılmaz dəstəyə və sədaqətə görə azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Siz daha artığına layiqsiniz. Dəstəyinizi heç vaxt adi hal kimi qəbul etməyəcəyik.
Sonadək “Rakuv”!”
Qeyd edək ki, Çenstoxova təmsilçisi 15 xalla Polşa çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















