Icma.az
close
up
RU
Çin artıq Cənubi Qafqazda öz tərafdaşını seçdi

Çin artıq Cənubi Qafqazda öz tərafdaşını seçdi

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Cənubi Qafqazın tarixini və regionun inkişaf istiqamətlərini bilən hər kəs Ermənistanın heç bir siyasi və iqtisadi perspektivlərinin olmadığını yaxşı anlayır.
Qərb qonşumuz yaxın tarixdə Rusiya tərəfindən türk dünyası arasında fiziki əlaqələri kəsmək üçün Azərbaycan torpaqlarında qurulan layihə əsaslı bir dövlətdir.
Onun timsalında dünyanın müxtəlif yerlərində anoloji məqsədlərə xidmət etmək üçün təhsiz edilən ölkələr də mövcuddur. Onlar dövrün geosiyasi tələblərinə uyğun olaraq qurulur, istifadə edilir və konfiqurasiya dəyişdikdə gözdən çıxarılırlar. Bu, Ermənistan haqqında ilkin fikir formalaşdırmaq üçün kifayətdir.
Cənubi Qafqaz Asiya və Avropanın sərhəddində yerləşdiyi üçün coğrafi mövqeyi baxımından bölgənin tranzit potensialı olduqca yüksəkdir. Hal hazırda beynəlxalq əhəmiyyətli dəhlizlər fonunda biz bunu əyani müşahidə edirik. Asiya istiqamətindən Xəzərin qərb sahilində alternativsiz ölkə Azərbaycan olduğu kimi, Qara dənizin Şərq sahilində də eyni funksiyasını Gürcüstan həyata keçirir. İrəvandan fərqli olaraq Bakı və Tiflis yerləşdikləri istiqamət üzrə bölgənin iki əsas giriş qapısıdır. Məsələyə Orta Dəhliz kontekstindən də yanaşdıqda bunu görmək mümkündür.
Zəngəzur koridoru Orta Dəhlizin vacib komponentidir. Lakin o belə Ermənistanı alternativsiz tərəf kimi təqdim etmir. Bu bir növ nəqliyyat infrastrukturunun şaxələndirilməsi kimi qiymətləndirilməlidir. Buna görə də, İrəvan rəhbərliyinin dəhliz faktoruna fokuslanması və bunu təsir mexanizmi kimi istifadə etməyə cəhd göstərməsi absurddur.
Yəni, Ermənistan hakimiyyəti mövcud tələblərə uyğun davranmasa günün sonunda itirən məhz onlar olacaq. Çünki Çin artıq Cənubi Qafqazda öz tərafdaşını seçdi və regional maraqlarını da məhz Bakı ilə uzlaşma şəraitində həyata keçirəcək.
Pərviz Mirizadə, siyasi şərhçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see160

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see160

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see158

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see157

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see157

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see154

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see154

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see154

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see154

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see153

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see153

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see153

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see151

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see149

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see149

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see148

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see148

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri