Icma.az
close
up
RU
ABŞ nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib

ABŞ nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən yeni və ən güclü nüvə aviadaşıyıcısı olan "USS Gerald R. Ford" (CVN-78) cümə günü ilk dəfə Süveyş kanalını keçərək Qırmızı dəniz sularına keçid edib. "Forbes" nəşrinin məlumatına görə, gəmi bununla da rəsmən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.

"Ölkə.az" xəbər verir ki, aviadaşıyıcı artıq ötən aydan bəri Aralıq dənizinin şərq hissəsindən "Epik Qəzəb" (Epic Fury) əməliyyatına dəstək verirdi. Bu, gəminin 2017-ci ildə istismara verilməsindən bəri Yaxın Şərqə ilk hərbi ezamiyyəti və ABŞ-dən ən uzaq səfəridir.

Aviadaşıyıcı qrupunun regiona göndərilməsi ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda gərginliyi cilovlamaq və mümkün hücumların qarşısını almaq məqsədi daşıyır. Xatırladaq ki, ABŞ və İran arasında hərbi müstəvidə yeni gərginlik dalğası fevralın 28-də başlayıb. Husilər Tehranı dəstəklədiklərini bəyan etsələr də, hələlik regionda gəmiçiliyə qarşı hücumları bərpa etməyiblər.

Şənbə gününə olan məlumata görə, "USS Gerald R. Ford" artıq 255 gündür ki, fasiləsiz dənizdədir. Gəmi 24 iyun 2025-ci il tarixində Norfolk limanından (Virciniya ştatı) yola düşüb. ABŞ hərbi rəsmi nümayəndələrinin sözlərinə görə, missiya 11 aya qədər davam edə bilər və gəminin may ayından tez evə qayıtması gözlənilmir. Əgər bu müddət uzanarsa, o, "USS Abraham Lincoln" (CVN-72) gəmisinə məxsus 294 günlük müharibədən sonrakı rekordu qıra bilər.

Lakin ekspertlər uzunmüddətli missiyaların yaratdığı çətinlikləri də vurğulayırlar. Analitiklərin fikrincə, dənizdə bu qədər çox qalmaq texnikanın aşınmasına və heyətin yorulmasına səbəb olur ki, bu da insident riskini artıra bilər. Gəmi geri döndükdən sonra böyük ehtimalla uzunmüddətli texniki xidmətə ehtiyac duyacaq.

Bəzi hərbi ekspertlər xəbərdarlıq edirlər ki, dünyanın ən bahalı və müasir gəmisi olsa da, bu "su üzərindəki aerodrom" kiçik sualtı qayıqlar üçün hədəf ola bilər. Tarixi nümunələr və təlimlər göstərir ki, ucuz dizel-elektrik sualtı qayıqları böyük aviadaşıyıcılara "görünmədən" yaxınlaşaraq onları şərti olaraq məhv edə bilirlər. Bu, 20 milyard dollar dəyəri olan nəhəng hərbi aktivlərin asimmetrik təhdidlərlə üz-üzə qaldığına dair ciddi siqnal hesab olunur.(Teleqraf)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Mart 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri