ABŞ nin İran əməliyyatı rekord xərclə yadda qalır
Icma.az, Moderator.az saytına istinadən bildirir.
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat hazırkı mərhələdə 2003-cü ildə İraqa müdaxilənin ilkin mərhələsindən daha baha başa gəlir.
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
Məlumata görə, Pentaqon Konqresdən "Epik əzab" kod adlı əməliyyatın davam etdirilməsi üçün 200 milyard dollar vəsait tələb edib. Bu məbləğ Corc Buş administrasiyasının 2003-cü ilin martında İraq müharibəsinə başlamaq üçün tələb etdiyi 74,7 milyard dollardan xeyli çoxdur. Müqayisə üçün qeyd olunur ki, həmin dövrün vəsaiti inflyasiya nəzərə alınmaqla bu gün təxminən 133 milyard dollara bərabər olardı.
Bildirilir ki, ABŞ əməliyyatın ilk üç həftəsi ərzində İran ərazisində yeddi minə yaxın hədəfə zərbə endirib. İlkin mərhələdə əsasən bahalı döyüş sursatlarından, xüsusilə də bir ədədinin qiyməti təxminən 3,5 milyon dollar olan "Tomahawk" qanadlı raketlərindən istifadə olunub.
Daha sonrakı mərhələdə isə hərbçilər daha ucuz döyüş sursatlarına - 100 min dollardan az dəyəri olan JDAM tipli idarəolunan aviabombalara, eləcə də kasetli və idarəolunmayan bombalara üstünlük verməyə başlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Mart 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















