Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

ABŞ nin İran planı alınmadı: Tramp Rusiyanın qapısını döyməyə məcbur oldu

ABŞ nin İran planı alınmadı: Tramp Rusiyanın qapısını döyməyə məcbur oldu

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vaşinqton Tehrana təsir üçün Moskvaya möhtac qaldı. Tramp öz əli ilə ABŞ-ni yıxır”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya gözlənilməz səfərinin məqsədi rəsmi olaraq açıqlanmayıb.

Sherg.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olduğunu və Vladimir Putinlə görüşün planlaşdırılmadığını bildirib.

Hərbi müxbir Aleksandr Kots səfərlə bağlı beş əsas versiya irəli sürüb:

Kəşfiyyat məlumatları: ABŞ tərəfi Rusiyanın NATO-nun reaksiyasını sınağa çəkə biləcəyi ilə bağlı məlumatları müzakirə etmiş ola bilər.

Məhbus mübadiləsi: CIA-nın əvvəlki məhbus mübadilələrində rolunu nəzərə alaraq, səfərin yeni mübadilə ilə bağlı olduğu ehtimal edilir.

Yeni sülh planı: Retkliffin ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni təkliflərini Moskvaya çatdırdığı istisna edilmir.

İran məsələsi: ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda Tehranın siyasəti və mümkün “qırmızı xətlər” müzakirə mövzusu ola bilər.

Kəşfiyyat xarakterli görüşlər: Kotsun fikrincə, ən real versiya Retkliffin danışıqlar aparmaqdan daha çox Rusiyadakı vəziyyəti və qarşı tərəfin mövqeyini birbaşa qiymətləndirmək üçün Moskvaya gəlməsidir.

Məqalədə 2021-ci ilin noyabrında CIA-nın keçmiş direktoru Uilyam Börnsün Moskvaya səfəri də xatırladılır. Börns həmin vaxt Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmüş, bir neçə ay sonra isə Rusiya-Ukrayna müharibəsi başlamışdı. Kots hesab edir ki, CIA direktorunun hazırkı səfəri nə sülhün, nə də müharibənin göstəricisidir. Onun fikrincə, bu, adi diplomatik kanalların kifayət etmədiyi bir vəziyyətin yarandığını göstərir.

Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, bu səfər fövqəladə hal daşıdığından eksklüziv sayıla bilər:

“ Yüksək rütbəli nümayəndələrin gəlişləri, gedişləri razılaşdırılır. Ancaq mənə elə gəlir ki, burada bir ekstra, eksklüziv variant yaranıb. Ona görə də Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin gəlişi artıq təxirəsalınmaz olub. Təbii ki, dünya gündəliyində çox qaynar məsələlər var. Düşmən olmaqlarına baxmayaraq Rusiya ilə ABŞ bununla bağlı istər-istəməz sövdələşməyə getməlidirlər və gedirlər. Mənə elə gəlir ki, vəziyyət çox ciddidir. İlk növbədə diqqəti çəkən də Amerika Birləşmiş Ştatlarının Fars körfəzində böhranlı vəziyyət yaşamasıdır. Baxın da, son günlər ərzində İran məsələsi ilə bağlı daha çox Maliyyə naziri Scott Bessent danışır. Burada əsas nöqtə, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsidir, başqa ölkələrə verilən xəbərdarlıqlardır. Yəni kim iranlılara kömək eləyəcəksə, bizim zərbələrimizə, bizim qəzəbimizə tuş gələcək mesajı verilir. Amma hazırda vəziyyət Amerika Birləşmiş Ştatları üçün dalana dirənib. Getdikcə də Donald Trampın nüfuzu laxlayır, aşağı düşür. Digər tərəfdən də onun populyarlıq indeksləri artıq 20 faiz civarındadır, bu, ən aşağı göstəricidir. Ona görə də hesab edirəm ki, Redcliffin gəlişinin əsas vəzifəsi, məqsədi ondan Moskva Tehrana bir qədər təsir, bəlkə də təzyiq göstərməsini təmin etməkdən ibarətdir. Çünki hər halda onlar strateji müttəfiqdirlər və çarəsizlikdən Vaşinqton belə bir gedişə yol açır ki, Tramp düşdüyü ağır vəziyyətdən bir çıxış yolu tapsın”.

Analitik qeyd edib ki, İran kor-koranə şəkildə Moskvanın dedikləri ilə razılaşacağına inanmır:

“ Tehran indi arxayınlığı, üstünlüyü ələ alıb göstərir ki, geri çəkilməyəcək. Yəni ABŞ əgər savaş deyirsə, savaşacaq, əgər soyuq müharibə deyirsə, soyuq müharibədə iştirak edəcək. Bu, mənim üçün daha məqbul görülən bir variantdır. İkinci məsələ Ukraynada. Mən inanmıram ki, Moskva Vaşinqtonun sözü ilə oturub-dursun. Çox güman ki, müzakirə predmetinə çevrilə bilər. Ancaq orada köklü dəyişiklik üçün zəmin görmürəm. Mən elə başa düşürəm ki, Moskva indi çalışacaq müharibəni final hissəsinə elə bir tərzdə çıxarsın ki, onun üstünlüyü heç kəsdə şübhə doğurmasın və Qərbi də bu məsələ ilə bağlı bir növ tərkisilah etsin”. 

Abbasov vurğulayıb ki, bu səfər daha çox ABŞ-yə lazım idi:

“ Ona görə də Redcliff özü durdu, gəldi Moskvaya. Digər tərəfdən də biz belə səfərlər əsnasında o məhbəstdə olan casusların da azadlığa buraxılmasını görürük. Bu, daha çox, manevr xarakteri daşıyan bir şeydir. Deyilənə görə, Redcliff kimisə artıq özü ilə Amerikaya aparacaq. Yəni Amerika casuslarından biri, ya ikisi Moskvada məhbəstdə idi, Putin onları əfv edib. Bu isə mətbuat üçün, PR üçün çox əlverişli bir mövzudur. Deyəcək ki, bəli, mən getmişdim, öz vətəndaşımızı oradan azad edib ölkəsinə gətirim. Amma təbii ki, bunun üçün başqa vasitələr, başqa yollar var. Mən elə başa düşürəm ki, xüsusi tapşırıqdan gəlmiş Redcliff elə Putinlə görüşüb və İran məsələsi ilə bağlı çox ciddi götür-qoy edilib. Çünki vəziyyət həqiqətən də ABŞ üçün əlverişsizdir, çıxış yolu görünmür. Donald Tramp öz əli və bir də Təl-Əvivin fitvası ilə elə bir böhran yaratdı ki, özü öz tələsinə düşdü. Düşünmürəm ki, belə bir vəziyyətdə Moskva təsir imkanlarını gücləndirsin İranla bağlı. Çox şey həm də İranın özündən asılı olacaq. Çünki amerikalılar İranda çox biabırçılıq törətdilər. Onlar elə bir şərait yaratdılar ki, artıq ABŞ-nin nüfuzu yerə düşdü. Bilirsiniz, Joe Biden, bəli, yaşlı adam idi və o, təyyarənin pilləkənlə qalxanda yıxılırdı. Donald Tramp özü yıxılmırsa da, ABŞ-ni yıxır və bu, çox yol verilməz bir şeydir. Ona görə də indi həm Respublikaçılar Partiyasının daxilində də böyük narazılıq var və hətta o MAGA-çılar hamısı Trampa qarşı qalxıblar. Bu konteksdə mən Redcliffin yeni bir qrup adından mesaj gətirdiyini də istisna etmirəm. Çünki Trampın şou xarakterli açıqlamaları hər kəsi bezdirib. Hətta idarəetmədə boşluqlar görünür. Belə vəziyyətdə isə narazı qüvvələrin supergüclərlə əlaqə saxlaması mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri