ABŞ nin İran yaxınlığındakı 20 dən çox gəmisi hansı əmri gözləyir?
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki təyyarədaşıyan gəmi - USS George Bush və USS George Washington İran sahillərinin cənub-şərqində Ərəb dənizində döyüş növbətçiliyi aparır. Bu gəmilər ümumilikdə 100-dən çox qırıcı təyyarə, eləcə də elektron müharibə və hava hücumundan erkən xəbərdarlıq təyyarələri daşıyır.
Təyyarə daşıyıcıları ilə yanaşı, Hörmüz boğazının şərqindəki Oman körfəzi də daxil olmaqla, bölgədə 1600 km mənzilli “Tomahawk” qanadlı raketləri daşıyan 10 esmines yerləşdirilib.
Üç böyük desant gəmisindən ibarət amfibiya hücum qrupu da Oman körfəzində missiyalar yerinə yetirir. Onların tərkibində təxminən 2200 hərbçidən ibarət 11-ci dəniz ekspedisiya taboru, eləcə də iki eskadrilya F-35 şaquli qalxma və eniş qırıcıları, tiltrotor təyyarələri, hücum və nəqliyyat helikopterləri və desant gəmiləri var.
Qırmızı dənizdə daha iki idarə olunan raket esminesi, Hind okeanında isə bir kreyser və üç esmines var.
Bundan əlavə, İran yaxınlığında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri qrupuna ekspedisiya dəniz təchizatı bazası olan “USS Miguel Keith” gəmisi də daxildir.
Hazırda gəmilərin əksəriyyəti İran limanlarının dəniz blokadasında iştirak edir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Sentyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















