Icma.az
close
up
RU
ABŞ nin İrana hücumu: Yaxın Şərq ölkələri İsraillə müharibəyə qoşulacaqlar?

ABŞ nin İrana hücumu: Yaxın Şərq ölkələri İsraillə müharibəyə qoşulacaqlar?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail-İran müharibəsinin getdiyi bir zamanda, konkret olaraq iyunun 22-də ABŞ İranın nüvə imkanlarını məhdudlaşdırmaq və onu daha çox silahlanmaqdan çəkindirmək üçün birbaşa münaqişəyə qoşulub və İranın nüvə obyektləri Fordoya (Yer altındakı gizli nüvə obyekti), Natanza (İranın uran zənginləşdirmə mərkəzi) və İsfahana (Nüvə yanacaq istehsalı ilə bağlı obyektlər) hava zərbələri endirib. Vaşinqton və Təl-Əviv obyektlərə ciddi ziyan dəydiyini iddia etsələr də, Tehran bunu təkzib edib, zərbələrin təsirinin məhdud olduğunu, yalnız infrastrukturun müəyyən hissəsinə ziyan dəydiyini, bütün obyektlərin hələ də aktiv olduğunu bəyan edib. İran bu hücuma cavab olaraq iyunun 23-də İsrailə raket və dronlarla yenidən hücum edib.

Təbii ki, prosesin bu şəkildə irəliləməsi beynəlxalq ictimaiyyəti də narahat edir. Çünki Yaxın Şərqin taleyi sual altına düşür, İranın Hörmüz boğazını bağlamaq ehtimalı artır, neft qiymətlərinin artması və qlobal iqtisadi risklər gündəmə gəlir.

ABŞ-nin İrana hücumunun regional və qlobal təsirləri

1. Regional təsir: ABŞ-nin İran-İsrail müharibəsinə qoşulması artıq Yaxın Şərqdə böyük geosiyasi zəlzələ yaradıb. İranın əsas proksi müttəfiqi olan "Hizbullah" döyüşə hazır olduğunu bildirib. Tammiqyaslı ikinci cəbhə İsraili iki cəbhədə müharibəyə çəkə bilər. İrandan yönləndirilən şiə milisləri ("Həşdi Şəəbi", "Fatimiyyun", "Zeynəbiyyun") ABŞ bazalarına və İsrailə hücum edə bilərlər. Bu, ABŞ əsgərlərinin birbaşa hədəf alınmasına gətirə bilər. Çünki hücumdan sonra rəsmi Tehran bütün ABŞ bazalarının hədəf olduğunu bildirib. Husilər də İsrailə və ya Qırmızı dənizdəki ABŞ gəmilərinə hücumlar təşkil edə bilərlər. Həmçinin, İran Hörmüz boğazını bağlayarsa, dünya neft tədarükünün təxminən 20%-i dayanacaq. Bu isə enerji qiymətlərini fəlakətli şəkildə artıra və qlobal iqtisadi tənəzzülə gətirib çıxaracaq.

2. Qlobal eskalasiya riski

ABŞ-nin Rusiya və Çin ilə münasibətləri gərginləşə bilər. Çin və Rusiya İranın tərəfini saxlayaraq Birləşmiş Ştatları qınayırlar. Əgər bu dəstək hərbi və ya texnoloji səviyyəyə keçərsə, böyük güclər arasında dolayı müharibə ehtimalı yüksəlir.

3. Qlobal iqtisadi böhran

Neft və qaz qiymətlərinin artması enerji və nəqliyyat xərclərini yüksəldəcək. İnflyasiya, iqtisadi tənəzzül, inkişaf etməkdə olan ölkələrdə sosial qarışıqlıqlar mümkündür.

4. Diplomatik əlaqələrin pozulması

BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar ya ABŞ və İsraili qınayır, ya da narahatlıqlarını dilə gətirirlər. Nəticədə diplomatik münasibətlər pozulması, sanksiyalar və qarşılıqlı qadağaların artma ehtimalı böyüyür.

Sonda nə baş verə bilər?

Tam regional müharibə - Livan, Suriya, İraq və Yəmən də münaqişəyə daxil ola, itkilər, humanitar böhran və qaçqın axını arta bilər. Beləliklə, əgər bu münaqişə nəzarətsiz qalarsa, 1973-cü ildəki Yom Kippur müharibəsindən daha genişmiqyaslı bir qarşıdurma istisna deyil.

Qeyd edək ki, Yom Kippur müharibəsi Misir və Suriyanın başçılığı altındakı Ərəb dövlətlərindən ibarət koalisiya ilə İsrail arasında 6-25 oktyabr 1973-cü il tarixləri arasında baş vermiş döyüşlərdir. Münaqişə ən çox 1967-ci ildə baş vermiş altıgünlük müharibə ərzində İsrail tərəfindən ələ keçirilmiş ərazilərdə, Sinay yarımadasında və Colan təpələrində baş tutub. Müharibənin baş verməsinin əsas səbəblərindən biri də Misir prezidenti Ənvər Sədatın Süveyş kanalını yenidən açmağa cəhd etməsi idi.

Bu dəfə də tərəflərin qarşıdurmaya daxil olması daha genişmiqyaslı bir müharibə ilə nəticələnə bilər - bu dəfə isə nüvə silahı təhlükəsi, enerji böhranı və qlobal güclərin açıq qarşıdurması ilə.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see158

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri