Icma.az
close
up
RU
ABŞ nin İranla ticarətə təzyiqi: Bakı üçün mümkün nəticələr

ABŞ nin İranla ticarətə təzyiqi: Bakı üçün mümkün nəticələr

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı 25 faiz gömrük rüsumu tətbiqi ilə bağlı qərarı Vaşinqtonun Tehrana yönəlik təzyiq siyasətində yeni mərhələnin başlandığını göstərir. Bu addım təkcə iqtisadi alət kimi deyil, eyni zamanda regional siyasi balansı formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. ABŞ-nin sanksiya siyasətinin sərtləşməsi İranla iqtisadi əlaqələri olan ölkələri çətin seçim qarşısında qoyur və regionda ticarət marşrutları ilə siyasi münasibətlər arasında yeni gərginlik yaradır. Bu kontekstdə İranla müəyyən ticarət dövriyyəsinə malik olan Azərbaycanın mümkün risklər və manevr imkanları xüsusi diqqət çəkir.

Mövzuya siyasi aspektdən rəy bildirən Elçin Xalidbəyli Bakıvaxtı.az-a açıqlamasında hazırda Donald Tramp administrasiyasının bu qərarı ilə bağlı konkret icra mexanizmlərinin müəyyənləşdirilmədiyini deyib. Onun sözlərinə görə, hələlik bu, daha çox siyasi qərar səviyyəsindədir və rüsumların hansı istiqamətlərdə, hansı səviyyələrdə tətbiq ediləcəyi ilə bağlı detallı mexanizmlər üzərində iş aparılır. Lakin ümumilikdə iqtisadi və ticarət münasibətlərinə ayrı-ayrı ölkələrin daxili siyasi və ictimai proseslərinin bu şəkildə qarışdırılması düzgün yanaşma hesab olunmur:

"Çünki burada təkcə İranın deyil, eyni zamanda onunla iqtisadi-ticari əlaqələrdə olan ölkələrin də maraqları mövcuddur. Bu cür qərarlar nəticə etibarilə həmin tərəfdaş ölkələr üçün də ciddi iqtisadi zərərlər yarada bilər. ABŞ-nin sanksiya siyasətində diqqət çəkən məqam ondan ibarətdir ki, Vaşinqton adətən hədəf seçdiyi ölkə ilə yanaşı, onun müttəfiqlərini və iqtisadi tərəfdaşlarını da sanksiya dairəsinə daxil edir. Bununla da təzyiqə məruz qalan ölkələrin dairəsi maksimum dərəcədə genişləndirilir və bu, kifayət qədər mübahisəli taktika kimi qiymətləndirilir".

Elçin Xalidbəyli: Azərbaycanın seçim imkanları kifayət qədər genişdir.

Azərbaycan məsələsinə gəldikdə isə, politoloq qeyd edib ki, ölkənin iqtisadi-ticari tərəfdaşları yalnız İranla məhdudlaşmır. Azərbaycanın xarici ticarət portfeli kifayət qədər şaxələndirilib və müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələri mövcuddur. Əgər 25 faizlik rüsumlar real şəkildə tətbiq edilərsə, Azərbaycan İranla ticarətdə yarana biləcək itkiləri digər ölkələrlə ticarət dövriyyəsini artırmaqla balanslaşdıra, yəni kompensasiya edə bilər:

"Bu halda İrandan idxal olunan məhsullar alternativ bazarlardan təmin edilə bilər. Azərbaycanın seçim imkanları kifayət qədər genişdir. Rəsmi Bakı dünyanın bir çox ölkələri ilə qarşılıqlı faydalı iqtisadi münasibətlər qurmağa nail olub və bu əlaqələr ölkə üçün yeni imkanlar yaradır. Məhz bu səbəbdən Azərbaycan öz iqtisadi və ticarət hədəflərini zərurət yarandığı təqdirdə yeni istiqamətlərə yönəltmək potensialına malikdir".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri