ABŞ nin Ukraynadakı dron zavodu Rusiyanın zərbəsi nəticəsində dağıldı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində ABŞ-nin yüksək dəqiqlikli zərbə pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Terminal Autonomy" şirkətinin zavodu məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ABŞ-nin Delaver ştatında qeydiyyatdan keçmiş "Terminal Autonomy" şirkətinin Ukraynadakı istehsalat sahəsi dağıdılıb.
Şirkətin fəaliyyəti ilə tanış olan mənbənin nəşrə verdiyi məlumata əsasən, müəssisədə Rusiyanın radioelektron mübarizə vasitələrinə qarşı davamlı tuşlama sistemləri ilə təchiz edilmiş yüksək dəqiqlikli, uzaqmənzilli pilotsuz uçuş aparatları istehsal olunurdu.
"The Guardian" nəşrinin qiymətləndirməsinə görə, bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Rusiyanın raket zərbəsi nəticəsində Amerika şirkətinə məxsus obyektin məhv edilməsi ilə bağlı məlum olan ilk hal ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 31 İyul 2026 05:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















