Icma.az
close
up
RU
ABŞ nin vitse prezidentinin istirahəti üçün çayda suyun səviyyəsi qaldırılıb

ABŞ nin vitse prezidentinin istirahəti üçün çayda suyun səviyyəsi qaldırılıb

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ailəvi istirahəti çərçivəsində təşkil olunan qayıq gəzintisi üçün Ohayo ştatında suyun səviyyəsində süni dəyişiklik edilib. Məlumata görə, vitse-prezidentin komandası ABŞ Ordu Mühəndislik Korpusuna (USACE) müraciət edərək, Sezar-Krik gölündən axan suyun səviyyəsinin qaldırılmasını istəyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" öz mənbələrinə istinadla xəbər verib.

USACE-in yaydığı rəsmi açıqlamada bu addımın ABŞ Məxfi Xidmətinin sorğusuna əsasən atıldığı bildirilib. Sənəddə qeyd olunur ki, avqust ayında Litl-Mayami çayında baş tutan gəzinti zamanı vitse-prezidentin təhlükəsizliyi və təhlükəsiz gəmiçiliyin təmin olunması məqsədilə bu qərar verilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Vens avqustun 2-də - 41 yaşının tamam olduğu gün - Ohayo ştatının cənub-qərbində qayıqla gəzintidə olub. Onun Sezar-Krik gölündə kanoe ilə hərəkət etdiyi bildirilib.

Mənbənin sözlərinə görə, su səviyyəsinin süni şəkildə artırılması təkcə Məxfi Xidmətin tələbi ilə deyil, həm də "kayakinq üçün ideal şərait yaratmaq" məqsədi ilə həyata keçirilib.

Hadisə ABŞ-də geniş rezonans doğurub. Çünki bu, Tramp Administrasiyasının "səmərəlilik" siyasəti çərçivəsində xarici yardım, elmi araşdırmalar və digər dövlət proqramlarında milyardlarla dollar kəsintilər etdiyi bir vaxtda baş verir. Bu isə Vensin ofisinin şəxsi istirahəti üçün ictimai infrastruktur resurslarından istifadə edib-etmədiyi sualını gündəmə gətirib.

ABŞ Geoloji Xidmətinin açıq mənbələrdəki məlumatları da bu iddiaları gücləndirir. Belə ki, vitse-prezidentin ailəsinin bölgədə olduğu avqustun ilk günlərində çayın səviyyəsinin qəfil yüksəldiyi, eyni zamanda gölün səviyyəsinin azaldığı müşahidə olunub.

ABŞ Məxfi Xidmətinin açıqlamasında vurğulanıb ki, agentlik Vensin səfəri zamanı motorlu qayıqlar və təcili yardım heyətinin təhlükəsiz fəaliyyətini təmin etmək üçün Ohayo ştatının Təbii Sərvətlər Departamenti və USACE ilə sıx əməkdaşlıq edib.

Vitse-prezidentin ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri