ABŞ nin Yaxın Şərqdəki hərbi mövcudluğu əvvəlki miqyasına qayıtmaya bilər
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranla müharibə zamanı ABŞ-nin regiondakı hərbi bazalarına dəymiş ciddi zərər səbəbindən Vaşinqtonun Yaxın Şərqdə əvvəlki miqyasda hərbi mövcudluğunu bərpa edə bilməyəcəyi ehtimal olunur.
"Report"un məlumatına görə, bu barədə "The Intercept" nəşri ABŞ rəsmilərinə istinadən yazıb.
Qeyd olunub ki, ABŞ-nin regiondakı əsas hərbi bazaları ciddi zərər görüb. Nəticədə ABŞ qüvvələrinin fəaliyyəti əhəmiyyətli dərəcədə pozulub və regiondakı hərbi mövcudluğun əvvəlki səviyyəsinə heç vaxt qayıtmaya biləcəyi bildirilir.
Məqalədə qeyd olunur ki, münaqişə zamanı ABŞ-a məxsus onlarla hərbi hava vasitəsi zədələnib və ya məhv edilib. Bunların arasında 4 ədəd F-15 qırıcısı, 12 ədəd KC-135 yanacaqdaşıyan təyyarə və 30 ədəd MQ-9 Reaper zərbə PUA-sı da var.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı 28 fevral 2026-cı ildə başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
İyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. Vaşinqton Tehranın əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı müddəalarını pozduğunu bildirib.
Daha sonra Vaşinqton İrana təzyiq göstərmək məqsədilə "İqtisadi təcrid" adlı genişmiqyaslı kampaniyaya başladığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Oktyabr 2026 02:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















