Leyla Əliyeva COP31 də Xəzər dənizinə aid problemləri qabardıb
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blue Marine" Fondunun mühafizə olunan dəniz əraziləri üzrə qlobal eksperti Maks Bello və "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax ilə görüş keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüş zamanı Xəzər dənizinin səviyyəsinin azalmasının dəniz ekosisteminə, biomüxtəlifliyə və sahilyanı ərazilərə təsirləri, eləcə də mövcud ekoloji çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin genişləndirilməsi, Xəzər suitilərinin və digər nadir dəniz canlılarının mühafizəsi, onların təbii yaşayış mühitinin qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:55
Bu xəbər 14 Noyabr 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















