Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

ABŞ nin YUNESKO dan çıxması: Tramp administrasiyasının geosiyasi mesajı

ABŞ nin YUNESKO dan çıxması: Tramp administrasiyasının geosiyasi mesajı

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların YUNESKO-dan çıxması ilə bağlı verdiyi qərar beynəlxalq aləmdə geniş rezonans doğurub.

Bakıvaxtı.az-ın məlunatına görə, Ağ Evin açıqlamasında bildirilib ki, bu addım YUNESKO-nun “ədəavət doğuran mədəni və sosial məqsədləri” ilə əlaqədardır və təşkilatın mövcud yanaşmaları ABŞ-ın hazırkı siyasi kursu ilə uzlaşmır.

Politoloq Züriyə Qarayeva məsələnin arxa planı, geosiyasi məqsədləri və mümkün nəticələri ilə bağlı ilə Bakıvaxtı.az-a danışıb.

Onun spzlərinə görə, bu qərar, ilk növbədə, Tramp administrasiyasının beynəlxalq təşkilatlara münasibətindəki dəyişikliklərin davamıdır. Politoloq bildirib ki, Trampın bu addımı, ABŞ-nin milli maraqlarını prioritet sayaraq, qlobal institutlarda mövcud ideoloji və mədəni yönümləri tənqid etməsi ilə bağlıdır. Onun fikrincə, YUNESKO artıq neytral bir mədəni platformadan çıxaraq, müəyyən ideoloji cərəyanlara dəstək verir və bu, Amerikanın daxili siyasi kursuna ziddir.

Ağ Evin açıqlamasında qeyd olunur ki, YUNESKO “ədəavət doğuran məqsədlər” güdür. Müsahibimiz qeyd edib ki, bu, əsasən YUNESKO-nun son illərdə qəbul etdiyi bəzi qərarların və bəyanatların ABŞ-ın xarici siyasəti ilə üst-üstə düşməməsi ilə bağlıdır:

“Məsələn, Yaxın Şərqdə, xüsusilə İsrail və Fələstin məsələsində təşkilatın mövqeyi Vaşinqtonda narazılıq doğurur. ABŞ bu qurumun getdikcə daha çox siyasi simvolizmə alət olduğunu və bu yolla anti-Qərb ritorikasını stimullaşdırdığını düşünür”.

Z.Qarayevanın dediyinə görə, Trampın bu qərarı həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə ünvanlanan ikiqat mesajdır. Daxildə bu qərar, Trampın seçki öncəsi vədlərinə sadiq qaldığını və “Amerika ilk növbədə” prinsipindən dönmədiyini göstərir. Xaricə isə ABŞ-nin artıq passiv və konsensus yönümlü siyasət yeritməyəcəyini, əksinə, açıq və bəzən sərt mövqelərlə çıxış edəcəyini bəyan edir.

“ABŞ-nin bu addımı beynəlxalq səviyyədə hansı nəticələrə gətirib çıxara bilər” sualını cavablandıran həmsöhbətimiz bildirib ki, bu addım, ABŞ-nin multilateralizmə (çoxtərəfli əməkdaşlığa) daha skeptik yanaşdığını təsdiqləyir. Bu, digər beynəlxalq qurumlarla da münasibətlərdə gərginlik yarada bilər. Eyni zamanda, bu, YUNESKO-nun fəaliyyətinə təsir edəcək - həm maliyyə baxımından, çünki ABŞ qurumun əsas donoru idi, həm də siyasi baxımdan, çünki Vaşinqtonun iştirakı olmadan təşkilatın qlobal təsir gücü zəifləyə bilər”.

Züriyə Qarayeva: Trampın bu qərarı ABŞ-nin “yumşaq güc” strategiyasına zərbə vurur

Qeyd edək ki, ABŞ əvvəl də YUNESKO-dan çıxmışdı. Amma bu dəfə vəziyyət fərqli görünür. Elə Z.Qarayeva da bu fikirdədir:

“ABŞ daha əvvəl - 1984-cü ildə də oxşar səbəblərlə YUNESKO-dan çıxmış və 2003-cü ildə yenidən qayıtmışdı. Lakin bu dəfə fərq ondadır ki, Tramp administrasiyası bu addımı daha geniş bir siyasətin tərkib hissəsi kimi atır. Burada söhbət tək YUNESKO-dan yox, ümumiyyətlə qlobal təşkilatlara qarşı prinsipial yanaşmadan gedir. Bu, yeni dünya düzənində ABŞ-ın daha suveren və öz maraqlarına fokuslanan mövqe tutmaq istəyinin göstəricisidir”.

Müsahibimiz vurğulayıb ki, bu qərar ABŞ-nin “yumşaq güc” strategiyasına zərbə vurur. Politoloq hesab edir ki, mədəni diplomatiya və humanitar əməkdaşlıq sahəsində ABŞ-nin mövqeyi zəifləyə bilər:

“Lakin Tramp administrasiyası üçün “yumşaq güc” anlayışı artıq ikinci dərəcəli prioritetdir. Onlar sərt gücə, milli maraqlara və konkret fayda gətirən münasibətlərə üstünlük verirlər”.

Bu qərarın Azərbaycanın beynəlxalq fəaliyyətinə birbaşa və ya dolayı təsirinə gəlincə, Züriyə Qarayeva bildirib ki, birbaşa təsir ehtimalı azdır, lakin dolayı yollarla bəzi nəticələr mümkündür:

“Əgər ABŞ-nin bu davranışı beynəlxalq təşkilatlarda domino effekti yaradarsa və digər ölkələr də bu tendensiyaya qoşularsa, Azərbaycanın da həmin qurumlarla münasibətlərini daha praqmatik baxımdan dəyərləndirməsi gündəmə gələ bilər. Amma hazırda Bakı, beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməkdə maraqlıdır və bu sahədə balanslı siyasət yürüdür”.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri