Icma.az
close
up
RU
ABŞ nin Zəngəzur mövqeyi sülh ümidlərini artırır TƏHLİL

ABŞ nin Zəngəzur mövqeyi sülh ümidlərini artırır TƏHLİL

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Tramp administrasiyasının maraqları üst-üstə düşür


“İki lider müharibələrə münasibətdə oxşar fikirdədirlər və regionda dayanıqlı sülhün bərqərar olacağına ümid var”



"ABŞ-Azərbaycan münasibətləri müxtəlif dövrlərdə istiləşən və soyuq münasibətlər fonunda inkişaf edib". 


Bu barədə  Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Siyasi şərhçi bildirib ki, lakin buna baxmayaraq, ümumilikdə bu münasibətlər müəyyən çərçivədən çıxmayıb və əməkdaşlıq davam edib: 

"Bu əməkdaşlıq terrorla mübarizədə, hərbi sahədə əməkdaşlıqdan tutmuş bütün beynəlxalq əlaqələrdə öz əksini tapıb. Münasibətlərdən bir faktı qeyd edim ki, Qarabağda cəmləşən separatçı rejim 1996-cı ildə saxta prezident seçkiləri keçirərkən ABŞ dövlət departamenti xüsusi bəyanatla çıxış edərək bu seçkilərin nəticələrini tanımayıb. 2011-ci ildə Teksas (TEXAS) ştatı ilk olaraq qondarma Xocalı "soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Bugünədək 30 ştatda təsdiq olunub. Bayden administrasiyası dövründə müəyyən soyuqlaşma baş versə də, Tramp administrasiyası Azərbaycana və Prezident İlham Əliyevə xüsusi münasibət sərgiləməyə başladı. Təbii ki, bu, şəxsi münasibətdən və ya hər hansı sevgidən irəli gələn məsələ deyil. Görünür, Tramp uzun illərdir Prezident İlham Əliyevin fəaliyyətini izləyir və bu müstəvidə aralarında əməkdaşlığa yaxınlıq elementləri görür. Sözsüz ki, Azərbaycanın 2020-ci ildəki Qarabağ zəfəri və bu Zəfərə aparan yol bütün dünya siyasətçiləri ilə yanaşı Trampın da diqqətini çəkib. Qlobal Media Forumda iştirak edən bir neçə jurnalist məhz Azərbaycanı Zəfərə aparan yolun sirlərini öyrənmək üçün suallar verirdilər".


Analitik xatırladıb ki, 2016-cı ildə Trampın seçki kampaniyası ərəfəsində Azərbaycan Qarabağ zəfərinin ilk addımlarını atdı:

 "Lələtəpə Zəfərimiz böyük qələbənin başlanğıcı idi. 2020-ci il Zəfərimiz də Tramp hakimiyyəti dövrünə təsadüf etdi və ABŞ-dən bizə qarşı sərt təzyiqlər olmadı. Bu yaxınlarda Trampın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi Cənubi Qafqazda sülhün bərqərar olacağına ümidləri artırır. Bundan sonra Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin vasitəçilərin iştirakı olmadan görüşü çox əhəmiyyətli oldu. Prezident İlham Əliyevin Qlobal Media Forumda səsləndirdiyi kimi Tramp administrasiyası ilə maraqlarımız üst-üstə düşür və məhz İlham Əliyevin bu ifadəsi də Tramp tərəfindən öz şəxsi sosial hesabında paylaşıldı. İki lideri ümumiləşdirən oxşar cəhətlərdən biri müharibələrə münasibətdir. Trampın hər hansı münaqişəni bitirəcəyi barədə açıq bəyanatından sonra problem çözülməyə başlayır. Azərbaycan Prezidentinin Cənubi Qafqazda böyük sülhə nail olmaq istiqamətindəki nəticəli fəaliyyəti də regionda dayanıqlı və geniş spektrli sülhə gətirib çıxaracaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri