Icma.az
close
up
RU
ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29-a qarşı qərəzli təbliğatın əsas sponsorları – ABŞ-ın demokratlar administrasiyası və Avropa Birliyinin Bakı konfransının nəticələrini məcburi bəyənmələri bir illik gözdənsalma kampaniyasının iflasının rəsmi etirafıdır. Ağ Evin qlobal iqlim tədbirinin nəticələrinə dair xüsusi bəyanat yayması, açıqlamada Amerikanın gedən Prezidenti Baydenin konfransın yekun sənədəni alqışlaması və üstəlik, araya salıb özünü də tərifləməsi ilk növbədə kollektiv industrial Qərbin COP29-un əsas hədəfini sabotaj etməyə hesablanmlş davranışını ört-basdır etmək niyyəti güdür. AB-nin iqlim məsələləri üzrə komissarı Vopke Xukstranın isə COP29-u yeni eranın başlanğıcı kimi qiymətləndirməsi aylardır izlənən qara təbliğatın mənasızlığının Brüsseldə də dərk edilməsinə işarədir.

Qərbin kollektiv simicliyi

Azərbaycanın ev sahibliyini gözdən salmağa hesablanmış bu kampaniyadan müxtəlif gözləntilər var idi. İqlim dəyişikliyinin və ekoloji tarazlığın pozulmasının başlıca günahkarları olan inkişaf etmiş dövlətlər “Qlobal Cənub” cəbhəsində cəmləşən az inkişaf etmiş ölkələrə böyük miqdarda maddi dəstəkdən boyun qaçırırlar. 1995-ci ildə Parisdə qəbul edilmiş razılaşmanın indiyədək icrasız qalmasının əsas səbəbi bu, səbəbkarları isə dünyanın söz sahibi olan dövlətləridir.

COP29-a qədər aktual olan illik 100 milyardlıq məbləğ bəşəriyyətin qarşısında duran ən böyük problemin həllinə, yaxud zəiflədilməsinə yetərli deyil. Eyni zamanda, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının orbitinə toplaşan az imkanlı dövlətlərin kollektiv basqıları qarşısında duruş gətirmək də ildən ilə çətinləşir. Bu reallıq qlobal dünyanın “pul kisələri” olan ABŞ və AB-nin COP29-un yekun sənədini sabotaj etmələri üçün qarayaxma aksiyalarının əsas stimulverici mərkəzlərinə çevrilmələrini labüd edirdi.

Zərərçəkən ölkələrin 1,5 trilyon dollarlıq tələbi maksimalist görünsə də, mövcud problemin öhdəsindən gəlmək üçün optimal məbləğdir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin təşkilatdaxili nüansları səbəb edib, Bakıya gəlməməsi, Almaniya kansleri Olaf Şoltsun anons edilməsinə baxmayaraq, hökumətindəki koalisiyadaxili ziddiyyətlərə görə səfərindən imtina etməsi və bunların fonunda Qərbin iki həftəlik qlobal tədbiri non-stop formatda təzyiq altında saxlamasının son hədəfi iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsaitin ayrılmasına nail olmaq idi.

İqlim dəyişikliyi və erməni fürsətçilliyi

Əldə edilmiş nəticə - 300 milyardlıq illik yardım paketi tərəflər arasında konsensusun göstərcisi olmaqla yanaşı, rəsmi Bakının inadkarlığı və iradə nümayişidir. Birincisi ona görə ki, ev sahibidir və istənilən nəticə tədbiri qəbul edən dövlətlə assosiasiya olunur. İkincisi isə Qərbdən qaynaqlanan və maliyyələşən ləkələmə kampaniyası Azərbaycanın daha bir cəbhədə şiddətli mübarizə aparmasına səbəb olmuşdu: Ermənistanla münasibətlər üzərindən yürüdülən təbliğat iqlim və ekoloji mövzulardan çox uzaq olsa da, özünün qara missiyasını həyata keçirməkdə idi. Məsələn, 30 ilə yaxın aqressiv bölücülüklə məşğul olan və insanlığa qarşı cinayətlərdə günahlandırılan erməni separatçılarının həbsi, yaxud öz xoşlarına Qarabağı tərk edən ermənilərin “beynəlxalq təminatla” Azərbaycan ərazilərinə qayıtmaları mövzularının iqlim dəyişikliyi ilə hansı əlaqəsi ola bilər? Fərz edək ki, COP29-un başlamasına günlər qalmış Azərbaycan bu qeyri-rasional tələbləri təmin etmiş olsaydı, konfransın yekun sənədində 300 deyil, 500 milyard dollarlıq yardım paketi qəbul edilərdimi? Yaxud qlobal ekoloji tədbirə “insan hüquqları” müstəvisindəki pressinq prizmasından yanaşsaq, belə bir məntiqi qənaətə gələ bilərikmi ki, iqlim dəyişikliyi humanizm prinsiplərinin nəzərə alınmadığı ölkələrdə daha sərtdir, “demokratiya beşiyi” sayılan diyarlarda isə mövcud deyil? Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi qlobal gündəlik fonunda erməni fürsətçilliyini alətlərindən birinə çevrimiş Qərbin açdığı fərqli təbliğat cəbhəsinə də sinə gərməsi rəsmi Bakının COP29 kontekstində qazandığı daha bir diplomatik uğurudur.

Könlü qaz istəyənin...

AB-nin qaz ehtiyatları 97 milyard kub metrə qədər azalıb. Faizlə qeyd etsək, bu, qaz rezervuarlarının dolma göstəricisinin 88%-dən aşağı düşməsi deməkdir. 4 il bundan öncə dekabrın son günündə Transadriatik qaz kəməri ilə Avropaya nəql olunmağa başlayan Azərbaycanın mavi yanacağı Avropanın 8 ölkəsinə çatdırılır. AB isə 8 ölkədən daha böyükdür. 2024-cü ildə Avropada Rusiya qazından maksimal həcmdə yararlanan dövlətlərə liderliyi Fransa edib. Cəmi 1 ay sonra Rusiya qazının Ukraynadan keçən kəmərlərdən nəqlinin başa çatması gözlənilir. “Blumberq”in proqnozuna görə, sürətlə azalan qaz ehtiyatları Avropada ciddi enerji böhranından xəbər verir. Bu özünü iri istehsalçılardan tutmuş sıravi avropalının ev təsərrüfatınadək göstərəcək ciddi iqtisadi amildir. Ekspertlərin yekdil rəyi bundan ibarətdir ki, qaz qıtlığı bazara təsirsiz ötüşməyəcək və qiymətlərin sürətlə artımı üçün ağrılı qıcıq olacaq.

Avopranın qaz idxalının digər bazarı – sıxılmış qaz ixracatçısı ABŞ-da hakimiyyətə avropalılardan kəmərləri sıxmağı tələb edən Trampın gəldiyini nəzərə alsaq, Bakıya səfərdən imtina edən Ursula fon der Leyenin iki il əvvəl olduğu kimi, yenidən Xəzərə tərəf boylanacağını istisna etməməliyik. Bu tədqirdə Bakıda Avropa Komissiyası prezidentini başa çatmış COP29-un yekinları ilə də yaxın tanış edəcəklər, üstəlik istisna deyil ki, xanım Leyenin Azərbaycana gəlməmə səbəblərini də soruşacaqlar.

ABŞ-ın tarixə qovuşmaqda olan demokratlar administrasiyasından fərqli olaraq, Avropanın anti-COP29 təbliğatı ona baha başa gələ bilər. “Qoca qitə” onsuz da Rusiya-Ukrayna müharibəsinin məngənəsində çabalayır. Bu savaşdan ən çox zərər çəkən məhz kontinental Avropadır. Bəzi ekspertlər Ukrayna müharibəsinin hətta anqlo-sakson Qərbin səyləri ilə qitə Avropasını və Rusiyanı əldən salmaq üçün törədildiyini deyirlər. Belə bir reallıqda AB-nin macəraçı Makronun erməni sevdasının arxasınca düşüb Azərbaycanla münasibətləri kəskinləşdirməsi rasionallıqdan uzaq addımdır. Odur ki, yaxın aylarda AB-nin Rusiya qazını Azərbaycan vasitəsilə Avropaya nəqlini rəsmən xahiş etməsinin şahidi ola bilərik. Dünyanın iqlim dəyişikliyi gündəminə zidd olsa belə...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see355

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see342

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see281

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see279

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see257

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see254

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see230

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see225

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see219

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see187

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see185

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see184

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see182

Azərbaycanda yeni klub yaradıldı Region Liqasında oynayacaqlar

22 İyun 2026 16:22see181

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see171

Aaron Remzi “Oksford Yunayted”i çalışdıra bilər

22 İyun 2026 20:49see170

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see164

Qaraciyər transplantasiyası keçirən Ufuk Özkanın son görüntüsü yayıldı FOTO

22 İyun 2026 23:28see162

Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır

23 İyun 2026 00:44see150

Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:12see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri