Icma.az
close
up
RU
ABŞ ordusu bu batalyonu LƏĞV EDİR

ABŞ ordusu bu batalyonu LƏĞV EDİR

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ ordusu Avropada dronlar və yerüstü robotlardan istifadə etməklə döyüş əməliyyatları üzrə təcrübə toplamaq məqsədilə yaradılan xüsusi dron hücum batalyonunu tədricən ləğv edir.

Bakıvaxtı.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, yanvar ayında yaradılan və 173-cü Hava-Desant Briqadasının hərbçilərindən formalaşdırılan bölmə Almaniyada keçirilən genişmiqyaslı “Saber Junction” təlimində iştirak edib. 

ABŞ ordusunun sözçüsü bildirib ki, batalyon əldə etdiyi təcrübənin nəticələrini təqdim etdikdən sonra “hava-desant piyada batalyonu kimi əsas döyüş missiyalarına yenidən diqqət yetirəcək”.

Batalyonun ləğvi Ordu Baş Qərargah rəisi vəzifəsini icra edən general Kristofer La Nevin irəli sürdüyü “əsaslara qayıtmaq” siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Sözügedən bölmə La Nevin sələfi, general Rendi Corcun təşəbbüsü ilə yaradılmışdı. Corc ABŞ müdafiə naziri Pit Heqset tərəfindən aprel ayında vəzifəsindən azad edilmişdi. 

Qərar hərbi ekspertlər tərəfindən tənqidlə qarşılanıb. Brukinqs İnstitutunun eksperti Maykl O'Hanlon Ukraynada dronların döyüş meydanına təsirini vurğulayaraq bildirib ki, bu sahədə əldə edilən təcrübənin nəzərə alınmaması təhlükəli nəticələrə səbəb ola bilər. 

ABŞ ordusu batalyonun ləğvindən sonra pilotsuz texnologiyaların inkişafını hansı formada sürətləndirəcəyinə dair konkret plan açıqlamayıb. Müdafiə Nazirliyi isə ABŞ-nin hərbi dronlar sahəsində üstünlüyünü sürətləndirməyə sadiq olduğunu bildirib. 

Günəş Mərd 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri