ABŞ ordusunda qeyri adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin Şimali Karolina ştatında hərbçilər tammiqyaslı münaqişənin başlaya biləcəyi ehtimalını nəzərə alaraq, döyüş meydanında müvəqqəti məzarların qazılması üzrə təlimlər həyata keçiriblər.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Defense News" portalı yayıb.
Nəşrin məlumatında bildirilir ki, Şimali Karolinadakı məşqlər zamanı mühəndislər, profilaktik tibb qrupları, rahiblər və insan itkilərinin fəsadlarının aradan qaldırılması üzrə mütəxəssislər Koreya müharibəsindən bu yana geniş miqyasda tətbiq olunmayan kütləvi müvəqqəti dəfn prosesinə hazırlaşıblar.
Məlumata görə, əsgərlər cəsəd maketlərinə zərər vermədən xəndəklərin qazılması və ardınca doldurulması üçün xüsusi texnikadan istifadə etməlidirlər. Bu cür məşqlər gələcəkdə mümkün kütləvi dəfnlərin təşkili zamanı məhkəmə-tibb ekspertlərinin münaqişə bitdikdən sonra ölənlərin cəsədlərini çıxararaq repatriasiya edə bilməsi üçün zəruridir.
"Bu təlimlər bizə yüksəkintensivlikli döyüş şəraitində həlak olan hərbçilərimizə necə hörmət etdiyimizə, onların xatirəsini necə əziz tutduğumuza və sistemli şəkildə necə yanaşdığımıza tənqidi yanaşmağa imkan yaratdı", - deyə birinci sinif çavuş Delbert Ruede vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Oktyabr 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















