ABŞ oyundan çıxmalıdır, Avropa isə... Sikoriskidən xəbərdarlıq
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşa hesab edir ki, ABŞ artıq Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda aparıcı rol oynaya bilməz.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski deyib.
Nazirin sözlərinə görə, əvvəllər Vaşinqtonun danışıqlarda lider mövqedə olması təbii idi, çünki ABŞ Kiyevə əsas hərbi yardımı göstərir və strateji kəşfiyyat dəstəyi verirdi. Lakin son bir ildə vəziyyət dəyişib və ABŞ-ın xərcləri demək olar ki, sıfıra yaxınlaşıb. Buna görə də Avropa tərəfi danışıqlar masasında daha fəal təmsil olunmalıdır.
Sikorski bildirib ki, münaqişənin nəticələri birbaşa Avropanın təhlükəsizliyinə təsir edir və əsas maliyyə yük də məhz Qərb ölkələrinin üzərinə düşür. Onun fikrincə, bu səbəbdən Avropa dövlətləri danışıqlarda yer almağa layiqdir.
Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması prosesindən yaxın vaxtlarda geri çəkiləcəyi barədə iddiaları rədd edib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron da daha əvvəl Avropa İttifaqının Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlarda iştirak etməsinin vacibliyini vurğulamışdı.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 14 Fevral 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















