Icma.az
close
up
RU
ABŞ pilotsuz müharibəyə qarşı müdafiəsizdir: Alyaskadakı sınaqlar uğursuz oldu

ABŞ pilotsuz müharibəyə qarşı müdafiəsizdir: Alyaskadakı sınaqlar uğursuz oldu

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin xüsusi bölməsi ABŞ ordusunun imkanlarını təkmilləşdirmək məqsədilə təcili proqram çərçivəsində pilotsuz uçuş aparatları (PUA) istehsalçılarını cəlb edib. Alyaskada keçirilən dörd günlük təlimlər zamanı kamikadze dronların prototipləri bir sıra hədəfləri vurmaq üçün sınaqdan keçirilib. Bu zaman əsgərlər həmin dronları xüsusi elektron avadanlıqlarla dayandırmağa çalışıblar.

Qaynarinfo "The New York Times"a istinadən xəbər verie ki, bu təlimlərin məqsədi ABŞ-ın hərbi podratçıları və ordusunun pilotsuz müharibə bacarıqlarını artırmaq olsa da, eyni zamanda ABŞ-ın çoxsaylı PUA-ların istifadə olunduğu qarşıdurmalara hazır olmadığını da üzə çıxarıb.

Onlarla amerikalı hərbçi və sənaye eksperti bildirir ki, ABŞ dron istehsalı, onların tətbiqinə hazırlıq və müdafiə sistemlərinin yaradılması sahəsində Rusiya və Çindən geri qalır.

"Biz hamımız eyni şeyi bilirik: biz ABŞ ordusuna müasir müharibədə sağ qalmaq üçün lazım olan vasitələri vermirik. Əgər sabah müharibə başlasa, hər şeyimiz varmı? Xeyr. Bizim vəzifəmiz bu problemi aradan qaldırmaqdır", deyə təlimləri təşkil edən və orada sınaqdan keçirilən PUA prototiplərinin hazırlanmasına maliyyə ayıran Müdafiə İnnovasiya Bölməsinin (Defense Innovation Unit) "Autonomy Portfolio" layihəsinin meneceri Trent Emeneker bildirib.

ABŞ müdafiə naziri Pit Heqset də ölkənin bu sahədə rəqiblərdən geri qaldığını etiraf edib və bu fərqi aradan qaldırmaq üçün bir sıra yeni təşəbbüs və sərmayələri açıqlayıb. Onun sözlərinə görə, köhnəlmiş qaydalar və satınalma prosedurları komandirlərin dron almaq və əsgərləri onları istifadə etməyə öyrətmək imkanlarını məhdudlaşdırır.

"Rəqiblərimiz milyonlarla ucuz dron istehsal edərkən, biz bürokratiyada boğulmuşuq",  deyə Heqset vurğulayıb.

Dron sahəsində vəziyyət: ABŞ və dünya

Çinin Şençjen şəhərində yerləşən DJI şirkəti dünyada istər həvəskar, istərsə də sənaye məqsədilə istifadə olunan kommersiya dronlarının təxminən 70%-ni istehsal edir. Şirkət məhsullarını ABŞ da daxil olmaqla bir çox ölkədə satışa çıxarır və rəsmi mağazalara malikdir.

Lakin ABŞ qanunvericiliyinə əsasən, Pentaqona Çin istehsalı olan dronları almaq qadağandır. DJI dəqiq rəqəmləri açıqlamasa da, ekspertlərin fikrincə, bu şirkətin istehsal həcmi ABŞ-dakı bütün digər dron istehsalçılarının gücündən xeyli üstündür.

"DJI ildə milyonlarla dron istehsal edə bilər. Bu, ABŞ-da mümkün olan miqdardan yüz dəfə çoxdur. Heç kim ona yaxın düşə bilmir", deyə "UAS NEXUS" məsləhət şirkətinin baş direktoru Bobbi Saki bildirib.

Hazırda ABŞ-da təxminən 500 şirkət dron istehsal edir. Lakin onların ümumi illik istehsalı 100 min ədədi keçmir. Onların əksəriyyəti isə kütləvi istehsal və satış təcrübəsinə malik olmayan startaplardır.

"Bu gün hamı böyük bir hərbi dron müqaviləsi əldə edib milyardlıq çek alaraq adaya çəkilmək istəyir", deyə ABŞ Milli Dron Assosiasiyasının rəhbəri Neitan Etselbarqer bildirib. 

Assosiasiya dron texnologiyaları və onlara qarşı mübarizə sistemlərinin inkişafını təşviq edir.

Lakin Alyaskada keçirilən təlimlər göstərib ki, effektiv yerli dron sənayesi qurmaq olduqca çətindir. İlk iki gün ərzindəki sınaqlar əsasən uğursuzluqla nəticələnib. Məsələn, bir dron proqramlaşdırıldığı hədəfi yer səviyyəsində axtarıb, sonra isə onu vurmaq məqsədilə dalış edərək toqquşmaq istəyib. Ancaq hədəfdən yayınıb və təxminən 25 metr kənarda yerə çırpılıb. Digər bir cəhddə isə dron havaya qalxan kimi dalışa keçib. Növbəti sınaqda isə dağa çırpılıb.

Alyaska sınaqlarının təşkilində iştirak edən "Contact Front Technologies" şirkətindən PUA üzrə məsləhətçi Kris Bonzanini bildirib ki, ABŞ-ın Ukraynaya verdiyi bir çox dronlar döyüş şəraitində öz vəzifələrinin öhdəsindən gələ bilməyib. Buna əsas səbəb isə onların köhnə texnologiyalara əsaslanması və Rusiyanın radioelektron mübarizə vasitələrinə qarşı həssas olmasıdır.

"Ukraynada texnologiya təchiz edən şirkətlər daim döyüşçülərlə birgə olur, canlı şəkildə nə işləyir, nə işləmir -  izləyirlər", deyə Bonzanini vurğulayıb.

Ukrayna müharibə dövründə dron istehsalının mərkəzinə çevrilib, çünki oradakı əsgərlər və mühəndislər sağ qalmaq üçün bu texnologiyaları sürətlə mənimsəməyə məcbur olublar.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri