Icma.az
close
up
RU
Zəngəzur dəhlizi neçə kilometrdir? XƏRİTƏ

Zəngəzur dəhlizi neçə kilometrdir? XƏRİTƏ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında Birgə Bəyannamənin imzalanmasından sonra regionda proseslər sürətlənib.

Sənəddə qeyd edilir ki, İrəvan Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. "Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik", - liderlər bəyan ediblər.

Artıq həm Bakı, həm İrəvan, həm də Vaşinqton rəsmiləri TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi üçün praktiki addımları müzakirə edirlər. ABŞ rəsmiləri ard-arda regiona səfərlər edir, tərəflərlə texniki detalların, o cümlədən marşrutun dəqiq konfiqurasiyasının müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, dəhlizin uzunluğu ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyul ayında yolun 32 kilometr olduğunu bildirib, rəsmi açıqlamalarda yol 42–43,5 km, bəzi erməni və xarici mənbələrdə hətta 26 kilometr olduğu qeyd olunur.

Modern.az bu mövzuda araşdırma aparıb.

Zəngəzur dəhlizi ilə bağlı rəqəmlərin müxtəlif olmasının ilk səbəbi bu yolun marşrutu ilə bağlı fərqli yanaşmaların mövcudluğudur. Belə ki, Bəziləri TRIPP/Zəngəzur dəhlizi dedikdə yalnız Ermənistan ərazisindən keçəcək hissəni nəzərdə tutur. Bəziləri isə ümumi Naxçıvan–Zəngilan əsas xəttini, yəni bütün marşrutu hesablayır. Digərləri isə sovet dövrü dəmir yolu xətti ilə ölçür.

Öncə oradan başlayaq ki, 26 kilometr iddiası tamamilə yanlışdır. Ehtimal etmək olar ki, bəzi ekspertlər xəritə üzərində ölçmələr apararaq bu rəqəmi əsas götürüb və regionun coğrafi şərtlərini nəzərə almayıb.

Tom Barrakın 32 kilometr iddiası da regionun coğrafi şərtlərinə uyğun gəlmir. Güman edilir ki, bu rəqəm Ermənistan ərazisindən keçəcək ümumi koridorun uzunluğuna dair siyasi texniki qiymətləndirmədir.

Hazırda Zəngəzur dəhlizi ilə bağlı ən real rəqəm 42–43,5 kmdir. Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev də eyni fikirdədir.

O deyir ki, dəhlizin dəqiq uzunluğu ilə bağlı müxtəlif məlumatlar olsa da, daha çox 42-44 kilometr arasında olduğu bildirilir. Deputat bildirib ki, Zəngəzur dəhlizi coğrafi anlayış mənasında Şərqi Zəngəzurdan başlayır:

“Zəngəzur dəhlizi ifadəsi ilk dəfə şanlı zəfərimizdən sonra Prezident İlham Əliyev tərəfindən işlədilib və beynəlxalq siyasi leksikona da belə saxil olub. Bu fikir Azərbaycanın qərb əraziləri ilə onun Naxçıvan bölgəsi arasında maneəsiz əlaqənin təmin edilməsi məqsədilə bu dəhlizin qısa müddətdə açılması və gediş-gəlişin təmin olunması məqsədilə səsləndirilib".

Rizvan Nəbiyev xatırladıb ki, 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Zəngəzur dəhlizinə paralel bir ad - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) ifadəsi işlədilir.

"Bu hissə məhz Ermənistan ərazisindən keçən, Azərbaycanın Ağbənd məntəqəsi ilə və Ordubad Salamməlik stansiyasını birləşdirir. Bu dəhliz coğrafi nöqteyi-nəzətdən əslində Şərqi Zəngəzurdan başlayır. Yəni Azərbaycanın Əhmədbəyli yaşayış məskənindən Horodizdən keçməklə Ağbəndədək, Ermənistanla şərti sərhədə qədər uzanan bir məsafədir. Bu gün klassik, həm də siyasi mənada  Zəngəzur dəhlizi və ya TRIPP marşrutu üst-üstə düşür. Naxçıvan ərazisində isə bu, təxminən 188 kilometrlik ərazini birləşdirir. Sonrakı mərhələdə Ermənistan tərəfi onu Arazdəyəndən paytaxt İrəvana qədər uzatmağı planlayır”. 

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi ifadəsini coğrafi məfhum və siyasi-hüquqi məfhum kimi fərqləndirmək barədə düşünmək olar:

“Zəngəzur dəhlizi coğrafi məhfum mənasında Əhmədbəylidən və ya Horadizdən başlayır və Naxçıvanın Ordubad şəhərindəki Salamməlik stansiyasına qədər uzanır. Bu ifadə barədə düşünmək olar. Çünki coğrafi baxımdan bu fikirdə kifayət qədər həqiqətlər var. Məsələnin siyasi, hüquqi məsələləri ilə bağlı isə ekspertlər səviyyəsində, yaxud başqa müstəvidə müzakirələr aparıla bilər. Hər bir halda Orta Dəhlizin vacib seqmenti olan Zəngəzur dəhlizi Prezident İlham Əliyevin sözlərinə istinadla ifadə etsək, qitələri birləşdirir, həm şimal, həm cənub, həm şərqdə, həm də qərbdə yerləşən dövlətlərə dividendlər gətirəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see484

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see249

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see230

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see208

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see178

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see175

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see169

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see168

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see163

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see151

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see151

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see150

Astronavtları Aydan xilas edən qələm rekord qiymətə satıldı Foto

17 İyul 2026 04:10see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri