Icma.az
close
up
RU
“Qərb illərlə regionları parçalayaraq yeni siyasi nizam qurmağa çalışdı”

“Qərb illərlə regionları parçalayaraq yeni siyasi nizam qurmağa çalışdı”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Son onilliklərdə Qərbin xarici siyasəti əsasən müdaxilə, hakimiyyət dəyişiklikləri və resursların yenidən bölüşdürülməsi üzərində qurulub. Bu siyasətin ən ağır nəticəsi isə milyonlarla insanın doğma yurdlarını tərk etmək məcburiyyətində qalmasıdır. Liviya nümunəsi bunun ən bariz göstəricisidir: Qəddafinin devrilməsi, ölkənin vəsaitlərinin dondurulması və dövlət institutlarının sıradan çıxarılması təkcə Şimali Afrikanı deyil, bütün Aralıq dənizi hövzəsini sarsıdan miqrasiya dalğasının başlanğıc nöqtəsi oldu. Eyni senari Əfqanıstanda, Suriyada, İraq və digər Yaxın Şərq ölkələrində də tətbiq edildi və nəticədə regionda mövcud balans tamamilə dağıldı”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli söyləyib.

O qeyd edib ki, bu gün Afrikanın bir çox strateji ölkələrində “dövlət” adını xatırladan struktur belə qalmayıb: “Qərbin maraqlar naminə formalaşdırdığı xaos milyonlarla insanların miqrasiya yollarına düşməsinə səbəb olub. Məhz bu fonunda ABŞ-nin Dövlət katibi Marko Rubionun Qərb ölkələrinin diplomatlarına “çoxsaylı immiqrasiyanı məhdudlaşdırmaq” üçün təzyiq göstərilməsi ilə bağlı verdiyi göstəriş bir paradoksu üzə çıxarır: Problemin səbəbkarı olan Qərb indi həmin mühacirlərin axınından narahatdır. Avropa ölkələri qarşılaşdıqları demoqrafik və sosial sarsıntının əsas izahını elə öz müdaxilə siyasətlərində axtarmalıdırlar. Almaniyaya son 20 ildə gedən 15 milyon miqrantın 6 milyona yaxını müsəlman ölkələrindəki müharibə və dağıntıların nəticəsidir. Fransa isə illərdir Afrikada apardığı siyasətin nəticəsini indi öz daxilində — artan sosial gərginlik, radikallaşma və dərin siyasi parçalanma şəklində yaşayır. Eyni zamanda, ABŞ-də yığılan 30 milyon yeni miqrantın cəmi 4 milyonu müsəlmandır — bu da Qərbin “İslam radikallaşması təhlükəsi” ritorikasının real rəqəmlərlə üst-üstə düşmədiyini göstərir”.

Ə.Əlibəylinin fikirlərinə görə, bu gün Avropada artan antisemitizm, müsəlman icmalarının gettolarda qapanması, Fransada baş verən çevriliş cəhdləri, Almaniyada “paralel cəmiyyətlər”in yaranması sırf təhlükəsizlik problemi deyil — Qərbin öz yaratdığı siyasi-sosial boşluğun nəticəsidir: “Qərb illərlə regionları parçalayaraq yeni siyasi nizam qurmağa çalışdı, amma həmin siyasətin doğurduğu qaçqın axınları öz ölkələrində elə bir sosial yük yaratdı ki, nəticədə siyasi balans liberallardan sağ-millətçi qüvvələrə doğru sürətlə dəyişdi. Bugünkü hadisələrin mahiyyətini belə təsvir etmək mümkündür: qərbin dağıtdığı ölkələrdən qaçan insanlar indi məhz o dövlətlərdə yeni gərginlik dalğası yaradır. Sistemin öz yaratdığı xaosla üz-üzə qalması səbəbindən Qərbdə yeni siyasi dövr başlayır — radikallaşan sağ qüvvələr, güclənən millətçilik və “sivilizasiyaların toqquşması”nın yenidən gündəmə qayıtması. Bu dalğanın dərinliyində isə bir analogiya dayanır: yeni yəhudi qırğını ritorikası, yəni cəmiyyətin müəyyən qrupları günahkar elan etmə meyli. Bu proseslərin ortasında əsas sual budur: Qərb illərlə dağıtdığı coğrafiyaların insanlarını hansı ölkələrə yönləndirməyi düşünürdü? Miqrasiya böhranı göstərir ki, buna cavab verilməmişdi — indi isə cavabın sərt rüzgarları Avropanın öz içində əsir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri