ABŞ PKK nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilib.
“Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin dövlət katibi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı apararaq bir daha dəstəyini ifadə edib.
“Amerika Birləşmiş Ştatları daimi sülh və təhlükəsizlik yolunda irəliləyən NATO müttəfiqimiz Türkiyənin yanındadır”, – səfirlik qeyd edib.
“Sivil dünyada terrorun gələcəyi yoxdur”, – bəyanatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 May 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















