Icma.az
close
up
RU
ABŞ prezidenti Donald Tramp administrasiyasının bu təklifi rəsmi Bakı üçün həm fürsət, həm də sınaqdır

ABŞ prezidenti Donald Tramp administrasiyasının bu təklifi rəsmi Bakı üçün həm fürsət, həm də sınaqdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"ABŞ prezidenti Donald Trampın administrasiyası İsraillə əlaqələrini dərinləşdirməyə ümid edərək Azərbaycanın və bir sıra Mərkəzi Asiya ölkələrinin “İbrahim razılaşmalarına” cəlb edilməsi imkanlarını fəal şəkildə müzakirə edir". Bu barədə “The Times of Israel” yazıb.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp administrasiyası “İbrahim razılaşmaları”nı genişləndirmək niyyətindədir və bu kontekstdə Azərbaycanın da adı hallanır. Politoloqun fikrincə, bu, təsadüfi deyil.

Tural İsmayılov

“ABŞ İsraillə münasibətləri normallaşdıran müsəlman ölkələrinin sayını artırmaqla həm regional təsirini gücləndirmək, həm də İsrailin təhlükəsizliyini təmin etmək istəyir. Azərbaycan isə İsraillə illərdir davam edən strateji tərəfdaşlığı, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki əlaqələri ilə artıq faktiki əməkdaş ölkədir. Lakin Bakı üçün məsələ təkcə texniki deyil, həm də siyasi və simvolik çəkiyə malikdir. Azərbaycan daim Fələstin məsələsində balanslı və prinsipial mövqe nümayiş etdirib. Bu baxımdan, “İbrahim razılaşmaları”na qoşulmaq yalnız diplomatik deyil, həm də ideoloji və regional çalarlar daşıyan addım olardı.

Eyni zamanda, bu addım ABŞ-la əlaqələrin yeni mərhələyə keçməsi və beynəlxalq nüfuzun güclənməsi baxımından əhəmiyyət daşıya bilər. Azərbaycanın xarici siyasət xətti çoxvektorlu olduğu üçün bu kimi təşəbbüslərdə iştirak üçün ciddi strateji hesablamalar tələb olunur”-deyə politoloq qeyd edib.

Tural İsmayılov hesab edir ki, Bakı öz milli maraqları çərçivəsində bu təklifi nə tam rədd edər, nə də düşünmədən qəbul edər: “İsraillə münasibətlərdə şəffaf və real əməkdaşlıq olsa da, bu əməkdaşlığın diplomatik səviyyəyə keçməsi üçün uyğun vaxt və kontekst vacibdir. Azərbaycan təkcə diplomatik jestlər deyil, real nəticələr tələb edir”.

Tural İsmayılov qeyd edib ki, hər hansı razılaşma Bakının maraqlarına xidmət etməlidir, sadəcə görüntü üçün imza atıla bilməz.

“Tramp administrasiyasının bu təklifi Bakı üçün həm fürsət, həm də sınaqdır. Əgər münasibətlər dərinləşəcəksə, bu, qarşılıqlı hörmət və konkret geosiyasi dividentlər əsasında olmalıdır. Azərbaycanın bu kimi proseslərdə əsas prinsipial mövqeyi suveren qərarlar və balanslı siyasətdir”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri