ABŞ prezidentinin bioqrafı: Tramp və Melaniya faktiki olaraq ayrılıblar
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın bioqrafı Maykl Vulf ölkə lideri ilə həyat yoldaşı Melaniya Trampın faktiki olaraq ayrıldığını və ayrı yaşadıqlarını iddia edir.
Oxu.Az "The New York Times"a istinadən xəbər verir ki, bu barədə bioqraf cütlüyün evliliyinin hazırkı durumu ilə bağlı müşahidə və qiymətləndirmələrini paylaşdığı podkastda bildirib.
Onun sözlərinə görə, Trampla Melaniya arasındakı münasibətlər çoxdan ənənəvi evlilik modelindən uzaqlaşıb. O qeyd edib ki, onlar nikah münasibətlərinin klassik modelinə heç bir şəkildə uyğun gəlmirlər və onun fikrincə, artıq ayrı yaşayırlar.
Daha əvvəl də ABŞ-nin birinci xanımının Ağ Evdə çox az vaxt keçirdiyi, ictimai çıxışlarının isə nadir və qeyri-müntəzəm olduğu ilə bağlı şayiələr yayılmışdı.
Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq bu iddialara cavab verərək Vulfu "açıq yalanlar və uydurmalarla çıxış edən boşboğaz axmaq" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 May 2025 04:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















