Icma.az
close
up
RU
ABŞ prezidentinin məktubu: Donald Tramp Azərbaycanlı həmkarına nə yazıb?!

ABŞ prezidentinin məktubu: Donald Tramp Azərbaycanlı həmkarına nə yazıb?!

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu müzakirə mövzusudur.

İndiki tarixi mərhələdə bu məktub xüsusi maraq doğurur; həm Azərbaycanın daxilində gedən siyasi proseslər, həm də beynəlxalq aləndə baş verənlər fonunda.

Əslində Azərbaycandakı və beynəlxalq münasibətlərdəki indiki proseslər həmişə bir-biri ilə sıx bağlı olub. Ancaq indi bu bağlılıq daha çox hiss olunur. Rusiya-Ukrayna cəbhəsində baş verənlər ABŞ-Çin müharibəsini daha da qızışdırıb. Bu yaxınlarda Çinin xarici işlər naziri Van İ ölkə mediasına müsahibəsində Qərbin Rusiyanı çökdürməsinə imkan verilməyəcəyini demişdi. İndi isə Çinin Tayvana gözlənilən müdaxiləsi haqqında söhbətlər gedir. Çin ABŞ-a təzyiq edir; onun fikrini Rusiya-Ukrayna müharibəsindən, yəni Rusiyadan yayındırmağa çalışır. Avropa isə Vaşinqtonla Pekin arasında qalıb; Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri də bunu göstərdi. Avropa liderləri daha əvvəl də Çin Xalq Respublikasının sədrindən Rusiya prezidentinə Ukraynada müharibəni dayandırmaq üçün təsir göstərməsini istəmişdilər. Hazırkı vəziyyət isə daha mürəkkəbdir; ən çox Almaniya, Polşa olmaqla Avropa İttifaqı Rusiyanın hücumuna hazırlaşır. Trampın ikinci prezidentliyi dövründə qarşısına qoyduğu əsas məqsədlərdən biri də Avropanın təhlükəsizliyinin məsuliyyətini (deməli, həm də xərclərini) Avropa ölkələrinin öz üzərinə yönəltməkdir. Bu, həm də Avropanı Ukraynaya dair ABŞ mərkəzli sülh planına razı salmaq məqsədi daşıyır. Prezident Tramp "çox sülh, az xərc" düsturunu dünyaya qəbul etdirməyə çalışır. Bu baxımdan, Azərbaycan prezidentinə və Ermənistanın baş nazirinə onu - Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiklərinə təşəkkür edir.

Prezident Trampa bu mükafat onun beynəlxalq sülhquruculuğu prosesinin öncülü, lideri kimi təsdiqlənməsi üçün maraqlıdır; maliyyə tərəfi deyil, siyasi anlamı lazımdır. Bu mükafat ABŞ-ın, şəxsən prezident Trampın dünyada sülh dövləti, sülhsevər lider kimi reputasiyasını yenidən özünə qaytarması məqsədini daşıyır.

Prezident Trampın məktubunda prezident İlham Əliyevin sülh prosesindəki rolunu bu anlamda dəyərləndirir.

Məlumdur ki, Ermənistanla gec-tez imzalanacaq sülh sazişinin, bugünkü faktik sülhün də, bütövlükdə Cənubi Qafqazda sabitliyin də təşəbbüskarı, bu prosesin lideri Azərbaycan prezidentidir. Hətta sülh sazişinin prinsiplərini də, ilkin mətnini də Azərbaycan formalaşdırıb və təqdim edib. Məhz Azərbaycanın egidası altında bölgədə faktik sülh yaranıb və vasitəçilər olmadan danışıqlar gedir.

Bu mənada prezident Trampın məktubu Azərbaycanı, Azərbaycan-Ermənistan sülh axtarışı modelini hazırda aktiv münaqişələrin tərəflərinə nümunə göstərir.

Məktubda yazılıb: "Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq".

"Bütün insanlar üçün" ifadəsi diqqəti cəlb edir. Açması: Azərbaycanla Ermənistan arasında

sülh prosesinə dair imzalanmış sənədlər, hazırkı faktik sülh vəziyyəti beynəlxalq aləmin başqa aktorlarına da örnəkdir. Beləliklə, Azərbaycanın paradiqması təkcə öz bölgəsi üçün deyil, bütün dünya üçün uğurlu sayılır, təqdir edilir.

Elə buna görədir ki, Prezident Tramp məktubu bu sözlərlə bitirir:

“Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.

Bir il əvvəl ABŞ-da Azərbaycanla təzyiq, hətta təhdid dili ilə danışan - şantajvari mətni məktub deyə göndərmiş prezident - Co Bayden vardı. Bir il sonra prezident İlham Əliyevə təqdir və təşəkkür dolu məktub yazmış prezident Donald Tramp var. Bu, Azərbaycanı dünya siyasətindəki rolunu, çəkisini göstərən çox önəmli faktdır. O məktub hara, bu məktub hara?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Dekabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri