ABŞ qəzəbini Putinə yönəltməlidir Makron
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın narazılığı Ukraynanın deyil, yalnız Rusiyanın hərəkətləri ilə bağlı olmalıdır.
"Ölkə.az" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Madaqaskara səfəri çərçivəsində çıxışı zamanı bildirib.
"ABŞ qəzəbini yalnız bir şəxsə - Rusiya Prezidenti Putinə yönəltməlidir", - o söyləyib.
Fransa Prezidenti qeyd edib ki, Ukrayna nizamlanması ilə bağlı yalnız bir sual verilməlidir: "Prezident Putin heç bir şərt olmadan atəşkəsə razıdırmı?".
Krımdan danışan Makron deyib ki, yarımadanın statusu məsələsi hazırda gündəmdə deyil.
"Paris Ukrayna xalqının öz ərazisində və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində sülh içində yaşamaq hüququnu müdafiə etməyə davam edəcək", - o vurğulayıb.
Ötən gün Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi barədə bəyanatları Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışıqlara zərər verir.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















