ABŞ qırıcılarını İrana görə geri çəkdi Ssenari təkrarlanır
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Norveçin şimalında keçirilməsi planlaşdırılan genişmiqyaslı NATO təlimində iştirak etmək üçün göndərdiyi bütün qırıcıları geri çəkib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb İranla gərginliyin artması göstərilir.
Norveç hökuməti ABŞ-ın mart ayında keçirilməsi planlaşdırılan NATO təlimləri ilə bağlı hərbi planlarını dəyişdirdiyini açıqlayıb.
Norveç Silahlı Qüvvələrinin podpolkovniki Espen Solemdal yerli mediaya verdiyi açıqlamada ABŞ-ın F-35 təyyarələrinin Norveçdə keçiriləcək təlimlərdə iştirak etməyəcəyini bildirib.
Solemdal qeyd edib ki, ABŞ təyyarələrinin olmaması təlimin gedişatına təsir edəcək.
Norveç mediası yazıb ki, ABŞ məhz İranla gərginlik səbəbindən döyüş təyyarələrini təlimdən geri çəkib. Oxşar vəziyyət 2025-ci ilin iyun ayında da baş verib. Bundan sonra ABŞ çoxsaylı beynəlxalq müqavilələrdən çıxıb.
Bu arada, Norveç Silahlı Qüvvələri qeyd edib ki, 2026-cı ilin mart ayında 14 NATO ölkəsinin iştirakı ilə keçirilməsi planlaşdırılan "Soyuq cavab" təlimi Norveçdə indiyə qədər ən böyük hərbi təlimlərdən biri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Fevral 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















