Icma.az
close
up
RU
“ABŞ qlobal bədxaha çevrilib“ “Newsweek“

“ABŞ qlobal bədxaha çevrilib“ “Newsweek“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Qanunsuz və amansız müharibələr heç vaxt uğur gətirməyib..."

ABŞ-ın İran siyasəti hüquq və mənəviyyatdan uzaqdır və Vaşinqton getdikcə dünyanın əsas bədxahına çevrilir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Newsweek" nəşri yazıb.

Xüsusilə İrana qarşı hücumun hüquqi və mənəvi əsası yoxdur və bu, ABŞ-ın təhlükəsizliyini zəiflədərək müttəfiqlərini uzaqlaşdırır,  rəqiblərini isə gücləndirir. Müəllif diqqəti Si Tszinpinin sözlərinə çəkir: "Beynəlxalq hüququ yalnız bizə sərf edəndə tətbiq edib, sərf etməyəndə rədd edə bilmərik". Yazıda bildirilir ki, ABŞ bu prinsipi unudaraq "cəngəllik qanunlarına" qayıtmaq riski ilə üz-üzədir.

Trampın siyasəti və müharibənin nəticələri

Məqalədə Donald Trampın İranla bağlı mövqeyi xüsusi tənqid olunur. Müəllif qeyd edir ki, Tramp hələ ilin əvvəlində "Mənə beynəlxalq hüquq lazım deyil" deyərək bu xəttin əsasını qoyub və sonrakı addımları ilə bunu təsdiqləyib.

Müəllifə görə, İrana qarşı hücum "yalan təhlükə" iddiaları ilə əsaslandırılıb və nəticədə minlərlə insan, o cümlədən yüzlərlə uşaq həyatını itirib. Trampın İranı "daş dövrünə qaytarmaq", infrastrukturunu məhv etmək kimi bəyanatları isə vəziyyəti daha da ağırlaşdırır.

ABŞ müdafiə naziri Pit Heqsetin sözləri də tənqid edilir. O, əməliyyatları "qətili, dağıdıcı və amansız qələbə" kimi təsvir edib və hətta mülki itkilərlə bağlı "bu mübarizə ədalətli deyil və belə də olmalıdır" deməsi sərt reaksiyaya səbəb olub.

Bədxah imic və təhlükəli nəticələr

Məqalədə vurğulanır ki, ABŞ-ın əvvəlki mənəvi nüfuzu onun gücünün əsas mənbələrindən biri idi. Lakin indi bu imic zəifləyib və ölkə "qışqıran, hədələyən və qan tökən" qüvvə kimi təqdim olunur.

Müəllifin fikrincə, bu siyasət nə təhlükəsizliyi artırır, nə də sabitlik yaradır: düşmənlər cəsarətlənir, müttəfiqlər isə uzaqlaşır. ABŞ-ın Konqres razılığı olmadan müharibələrə başlaması da ayrıca problem kimi göstərilir.

Tarixi paralellər çəkilərək qeyd olunur ki, qanunsuz və amansız müharibələr heç vaxt uğur gətirməyib. Məsələn, İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin uğuru onların haqlı mövqeyi ilə izah edilir, əksinə, amansızlıq Almaniya və Yaponiyanın məğlubiyyətinə səbəb olub.

Məqalə sonda belə nəticəyə gəlir: zorakılıq və qəddarlıq qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə ABŞ-ı zəiflədir və onu bədxah imicinə sürükləyir. Müəllif vurğulayır ki, bu vəziyyətdə "qürur duyulacaq heç nə yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Aprel 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see389

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see330

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see318

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see260

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see257

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see253

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see237

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see235

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see225

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see222

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see218

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see216

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see214

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see211

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see211

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see201

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see200

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see193

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see192

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri