ABŞ Qrenlandiyada 3 yeni hərbi baza açmağı planlaşdırır
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ son aylarda Qrenlandiyada üç yeni hərbi bazasının açılması məsələsini Danimarka ilə müzakirə edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BBC" danışıqlara yaxın olan məmurlara və diplomatlara istinadən məlumat yayıb. Yanvarın ortalarından bəri tərəflər ən azı beş dəfə görüşüblər.
Danışıqlarda ABŞ-ı Dövlət Departamentinin müşaviri Maykl Nidhem təmsil edir. Ağ Ev Danimarka ilə yüksək səviyyədə danışıqların getməsi faktını təsdiqləsə də, detalları açıqlamaqdan imtina edib; yalnız qeyd olunub ki, "proses düzgün istiqamətdə gedir" və administrasiya bu prosesə nikbinliklə baxır. Danimarka XİN də detalları açıqlamadan danışıqların getdiyini təsdiqləyib.
BBC-nin mənbələri bildiriblər ki, yeni bazaların adanın cənubunda yerləşdirilməsi planlaşdırılır. Onların vəzifəsinə Şimali Atlantikada Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin potensial fəaliyyətini izləmək daxil olacaq. Mənbələr qeyd ediblər ki, tərəflər arasında hələlik yekun razılıq əldə olunmayıb və yaradılması nəzərdə tutulan bazaların sayı dəyişə bilər.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 May 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















