Icma.az
close
up
RU
ABŞ quru qoşunları İranda əməliyyatlara cəlb oluna bilərmi? AÇIQLAMA

ABŞ quru qoşunları İranda əməliyyatlara cəlb oluna bilərmi? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bildiyimiz kimi, hazırda ABŞ-İsrail və İran arasında müharibə əsasən hava qüvvələri vasitəsilə aparılır. Ancaq Qərb mətbuatı ABŞ-nin İrana qarşı əməliyyatlarda quru qoşunlarından da istifadə edəcəyi ehtimalından yazır. Bəs bu mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirdi ki, hazırda faktiki olaraq Amerika və İsrailin İrana qarşı apardığı əməliyyat kontaktsız müharibədir:

"Yəni bu müharibədə onlar aviasiya vasitələrindən, dronlardan, raketlərdən və bombalardan istifadə edirlər. İran tərəfi də eyni qaydada cavab verir. İran həm raketlər, həm də dronlar vasitəsilə Amerika və İsrailə zərbələr endirir, Amerikanın Yaxın Şərqdəki bazalarına hücumlar həyata keçirir, məhdud çərçivədə isə döyüş təyyarələrindən istifadə edir. Reallıq ondan ibarətdir ki, Amerika hələ ki, istədiyinə çata bilmir. Çünki onların qarşılarına qoyduğu birinci məqsəd rejimi dəyişmək, yəni oradakı hakimiyyəti dəyişmək idi. Lakin görünən odur ki, bu hakimiyyət dəyişmir. Artıq amerikalılar, amerikalı mütəxəssislər, israillilər və Qərb mütəxəssisləri də, eləcə də biz əvvəldən qeyd edirdik ki, bir ölkədə rejimi dəyişmək, hakimiyyəti dəyişmək üçün, əgər bunu hərbi yolla edirsənsə, mütləq şəkildə quru əməliyyatları həyata keçirmək lazımdır. Görünən odur ki, Trampın quru əməliyyatları həyata keçirmək kimi bir niyyəti yoxdur. Tramp daha çox əvvəl kürdlərlə oynadı, kürdləri bu prosesə cəlb etmək istədi. Lakin kürdlər bu prosesdən kənar durdular, hətta İrandakı kürdlər dövlətə, İrana dəstək verdiklərini bəyan etdilər. Bundan əlavə, müəyyən mənada digər ərəb ölkələrinin də bu prosesə qoşulmasına çalışdılar. Ərəb ölkələri də bu prosesə qoşulmadı, çünki onların prosesə qoşulması həqiqətən də çox ağır və ciddi nəticələr verə bilərdi. Husilər faktoru, Sudan faktoru və Hizbullah faktoru isə bu məsələləri müəyyən qədər arxa plana atdı".

Müsahibimiz TABŞ Prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana səslənişindən də bəhs etdi.

"Hətta Tramp dünən, ya da səhv etmirəmsə bu gün Türkiyə ilə bağlı Ərdoğana sosial şəbəkə üzərindən müraciət etdi: “Sən çox yaxşı oğlansan, sən çox yaxşı danışırsan, amma danışmaq lazım deyil. İrana qarşı gəl birgə əməliyyatlar keçirək və qalib olaq”. Görünən odur ki, Tramp bilir ki, əgər orada quru əməliyyatları keçirsə və çoxlu sayda itki versələr, bunun cavabı Amerika cəmiyyəti tərəfindən çox ağır olacaq. Çünki yaxın vaxtlarda ABŞ-də seçkilər keçiriləcək və bu seçkilərdə respublikaçıların uduzma ehtimalı yarana bilər. Faktiki olaraq Amerika tərəfi çox çalışır ki, bu prosesə hansısa bir ölkəni qoşsun. Lakin özü quru əməliyyatlarına qoşulmaq niyyətində deyil. Əgər quru əməliyyatları baş verməzsə, bu müharibə uzun müddət davam edə bilməz. Bu müharibə qarşı tərəfi tükəndirməyi hədəfləyir, İran tərəfi qarşı tərəfi tükəndirməyə çalışır, qarşı tərəf də İranı tükəndirməyə çalışır. Görünən odur ki, İran tərəfi rəsmi olaraq bildirir: onlar heç bir halda təslim olmayacaqlar, müharibəyə uzun müddət hazırlaşıblar və bu müharibəni davam etdirəcəklər.

Ona görə də indiki mərhələdə Amerikanın birbaşa qoşun göndərməsi, Amerikanın orada quru əməliyyatları keçirməsi mümkün variant sayılmır. Çünki bu başlasa, İraqda İrana yaxın qüvvələr də artıq fəaliyyətdədir. Onlar da quru əməliyyatları keçirmir, lakin əllərində olan vasitələrlə Amerikanın bazalarına zərbələr endirirlər. Bu isə o deməkdir ki, müharibə təkcə İran ərazisində davam etməyəcək. Müharibə həm İraq ərazisində davam edə bilər, həm Hizbullah-Suriya sərhədində genişlənə bilər, həm də husilər-Səudiyyə istiqamətinə keçə bilər. Bu vəziyyət faktiki olaraq Yaxın Şərqdə elə bir müharibəyə gətirib çıxara bilər ki, onun qarşısını uzun illər almaq mümkün olmaz. Ona görə də indiki mərhələdə düşünürəm ki, bu müharibə hazırkı hədlərdə və bu formada davam edəcək. Əgər belə davam edərsə, bir gün Tramp çıxıb bəyan edəcək və özünü qalib elan edəcək. Lakin burada həqiqi qalibin kim olacağını zaman göstərəcək", - deyə S.Məmməd yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Mart 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri