Şəkidə çaqqal 51 yaşlı qadına hücum etdi
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəkinin İnçə kəndində çaqqal 51 yaşlı qadına hücum edərək xəsarət yetirib.
Lent.az xəbər verir ki, hadisə günün ikinci yarısında kənd ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib. Həyətə daxil olan çaqqal 1975-ci il təvəllüdlü Könül Vaqif qızı Abdurəhmanovanı sol bud nahiyəsindən dişləyib.
Yaralı qadın yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.
Xəstəxanada ona lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub. Qadın ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Vüqar Heydərov
Bu mövzuda digər xəbərlər:Şəkidə çaqqal 4 nəfərə hücum etdi Açıqlama
11 Sentyabr 2026 14:46
51 yaşlı qadını çaqqal dişlədi
31 Oktyabr 2026 21:14
Şəkidə 4 nəfəri çaqqal DİŞLƏDİ FOTO
11 Sentyabr 2026 13:27
56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ
29 Aprel 2025 18:26
Çaqqal 3 nəfərə hücum etdi
09 Avqust 2025 13:54
Baxış sayı:123
Bu xəbər 31 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















