ABŞ rəsmisinin Paşinyanla telefon söhbətinin detalları açıqlandı
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların dövlət katibi Marko Rubio ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı telefon söhbətinin təfərrüatlarını açıqlayıb.
Tərəflərin Cənubi Qafqazda istənilən toqquşmanın qəbuledilməz hesab elədikləri bildirilir.
Dövlət Departamentinin bəyanatında deyilir ki, dövlət katibi Marko Rubio və Ermənistanın Baş naziri Nikol Paşinyan strateji tərəfdaşlar kimi ümumi maraqları müzakirə ediblər. Bəyanatda deyilir: "Dövlət katibi Azərbaycanla sülh müqaviləsinin mətninin razılaşdırılmasını alqışlayıb, regional münaqişələr dövrünə son qoyulması, Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təmin edilməsi üçün davamlı sülhün vacibliyini vurğulayıb. Dövlət katibi ilə Baş nazir Cənubi Qafqazda hər hansı eskalasiyanın qəbuledilməz olması barədə razılığa gəliblər".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 26 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















