Icma.az
close
up
RU
ABŞ rus qazını Avropadan “çıxarmağa” çalışır Maliyyə Nazirliyi treyderi xəbərdar edib

ABŞ rus qazını Avropadan “çıxarmağa” çalışır Maliyyə Nazirliyi treyderi xəbərdar edib

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ rəsmiləri Avropa ölkələrinə səfərləri intensivləşdirib və regionda Rusiyadan gələn enerji resurslarının tam şəkildə bazardan çıxarılmasını fəal təşviq edir. “Financial Times” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, Vaşinqtonun məqsədi Avropanın enerji sisteminin “rus qazının son molekuladək” təmizlənməsidir.

“AzPolitika” xəbər verir ki, nəşrin məlumatına görə, bu kampaniya “Lukoil”in xarici aktivlərini almağa çalışan “Gunvor” şirkətinin cəhdi ilə də üst-üstə düşür. Bildirilir ki, sövdələşmə şirkətin Rusiyayla keçmiş əlaqələri barədə mediada diqqətin artması səbəbindən çətinləşib. ABŞ Maliyyə Nazirliyi treyderə bildirib ki, Ukrayna müharibəsi bitənədək bu fəaliyyət üçün lisenziya verilməyəcək.

Xatırladılır ki, 2014-cü ilə qədər “Gunvor”un şəriki Rusiyanın Prezidenti Vladimir Putinin yaxın dostu hesab edilən Gennadi Timçenko olub. ABŞ-ın ona qarşı sanksiya tətbiq etməsindən bir gün əvvəl Timçenko öz payını isveçli tərəfdaşı Torbjörn Tornkvista satıb. Buna baxmayaraq, şirkətin Moskva ilə mümkün əlaqələri ilə bağlı ABŞ hakimiyyətində illərdir ehtiyatlı yanaşma mövcuddur.

“Financial Times” qeyd edir ki, ABŞ müttəfiqlərindən Rusiyadan enerji idxalını azaltmağı və tam dayandırmağı rəsmi şəkildə tələb edir. ABŞ-ın Daxili işlər naziri Duqlas Börqam bildirib ki, Amerika nümayəndə heyətləri bu məsələnin bütün danışıqlarda gündəmə gətirildiyini vurğulayır.

ABŞ Energetika naziri Kristofer Rayt isə açıqlayıb ki, Avropa İttifaqı 1 yanvar 2027-ci ildən rus qazının idxalını tam dayandıracağını təsdiqləyib. Yalnız Macarıstan bu qərardan qismən istisna alıb, lakin Budapeşt və Vaşinqton həmin istisnanın müddəti ilə bağlı fərqli mövqelərə malikdir.

Rusiya Prezidenti Vladimir Putin də mövzuya münasibət bildirərək deyib ki, Qərb sanksiyaları rus neftinin dünya bazarına tədarükünü azaldacaq və bunun nəticəsində qiymətlərin yüksəlməsinə səbəb olacaq.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri