Icma.az
close
up
RU
ABŞ Rusiya aktivlərini qaytarmaq niyyətindədir

ABŞ Rusiya aktivlərini qaytarmaq niyyətindədir

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

ABŞ səlahiyyətliləri Aİ-nin sanksiyalar üzrə elçisi David O'Sullivanı sülh sazişi imzalandıqdan sonra Rusiyanın dondurulmuş aktivlərini qaytarmaq planları barədə məlumatlandırıblar.

"Yeni Sabah" politico mənbələrə istinadən xəbər verir ki, sülh planının ilkin layihəsində 100 milyard dollarlıq aktivin bir hissəsini ABŞ-nin himayəsi altında Ukraynanın bərpası və onun iqtisadiyyatına sərmayə yatırmaq səylərinə ayıran bənd var idi.

Bu müddəa Aİ ölkələrində ABŞ-ın Ukraynanın yenidən qurulması üçün nominal olaraq ayrılmış dondurulmuş vəsaitin bir hissəsini mənimsəməsi, qalan hissəsini isə Rusiya ilə bölüşdürməsi ehtimalı ilə bağlı narahatlığı artırıb.

Avropa Komissiyasının hazırda Brüsseldəki "Euroclear" maliyyə depozitarında saxlanılan dondurulmuş Rusiya aktivlərində təxminən 170 milyard avro istifadə etməyi nəzərdən keçirir. Bu vəsaitin 140 milyard avrosunun Ukraynaya “təzminat krediti” kimi istifadə olunacağı gözlənilirdi. Lakin Belçika bu qərara qarşı çıxdı və onun hüquqi və maliyyə nəticələri ilə bağlı narahatlıqlarını artırdı. Bundan əvvəl Belçikanın baş naziri Bart de Vever qərarın həyata keçiriləcəyi təqdirdə Aİ ölkələrindən əlavə, hüquqi öhdəliyi olan təminatlar tələb etmişdi.

"Financial Times" öz mənbələrinə istinadən yazıb ki, Ukraynaya "təzminat krediti" çərçivəsində Kiyevə vəsait köçürülərsə, Avropa Mərkəzi Bankı maliyyə zamini kimi çıxış etməkdən imtina edir.

Aİ-nin dekabrın 18-də keçiriləcək sammitində Ukraynanın maliyyələşdirilməsi mövzusunun müzakirə olunacağı gözlənilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri