Icma.az
close
up
RU
​Ukrayna ABŞ danışıqları, sülh perspektivləri: Rusiya 30 günlük atəşkəsə razı olacaqmı? TƏHLİL

​Ukrayna ABŞ danışıqları, sülh perspektivləri: Rusiya 30 günlük atəşkəsə razı olacaqmı? TƏHLİL

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna rəsmiləri arasında mühüm görüş keçirildi. Görüşün əsas məqsədi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh səylərini müzakirə etmək olub.

Görüş zamanı ABŞ rəsmiləri Ukrayna tərəfinə 30 günlük atəşkəs təklifi irəli sürüblər. Münaqişənin de-eskalasiyası istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilən bu təklif Ukrayna tərəfindən qəbul edilib.

Bu görüşlər və əldə edilən razılaşmaların, xüsusilə 30 günlük atəşkəsin qəbul edilməsinin bölgədə sülhün bərpası və münaqişənin həllinə dair diplomatik səylərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.

30 günlük atəşkəs təklifi

Görüşün ən mühüm nəticələrindən biri Ukraynanın 30 günlük atəşkəs təklifini qəbul etməsi oldu. Lakin atəşkəsin qüvvəyə minməsi üçün Rusiya da onu qəbul etməlidir. Atəşkəs çərçivəsində raket və dron hücumlarının dayandırılması, cəbhə xətti boyunca aktiv döyüşlərin müvəqqəti dayandırılması nəzərdə tutulur.

Bu təşəbbüs ABŞ tərəfindən irəli sürülüb və genişmiqyaslı sülh danışıqlarına yol açmağı hədəfləyir. ABŞ-ın dövlət katibi Rubio bununla bağlı deyib:"Bu atəşkəs uzunmüddətli sülh üçün vacib olan ilk addımdır. İndi isə Rusiyanın reaksiyasını gözləyirik."

Ukrayna Prezidenti Volodimir Zelenski də bu təklifə müsbət yanaşıb: "Biz bu addımı atmağa hazırıq. Əsas məsələ Rusiyanın da eyni addımı atmasıdır".

Ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko APA-ya açıqlamasında bildirib ki, bu qərar prinsip etibarilə çoxdan verilməli idi: “Bu qərar dəfələrlə müzakirə olunmuşdu, məhz ABŞ və Ukrayna tərəflərinin Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı razılaşdırıldı. Lakin Rusiyanın bununla razılaşacağı inandırıcı görünmür. Hazırda Rusiya üçün həll olunmamış məsələlər var, xüsusilə də Kursk vilayəti ilə bağlı həssas mövzular gündəmdə qalır. Bundan əlavə, Rusiyanın döyüş əməliyyatları zonasında bir sıra taktiki və operativ-taktiki əhəmiyyətli vəzifələri yerinə yetirməsi mümkün olmayıb. Həmçinin, Pokrovsk, Çasov Yar, Tayetsk şəhərləri və bəzi istiqamətlərdə vəziyyət hələ də açıq qalır. Rusiya, şübhəsiz ki, potensialını artırmaq, qüvvələrini bərpa etmək üçün atəşkəsə razı olardı. Hazırda onun üçün əsas məsələ məhz atəşkəsin əldə olunmasıdır. Lakin Kursk vilayətində və Ukraynanın bəzi əraziləri ilə bağlı həll edilməmiş məsələlər səbəbindən Rusiya bunu edə bilmir. Buna görə də görünən odur ki, Rusiya bu razılaşmaları pozacaq və ona əməl etməyəcək”.

30 günlük atəşkəsə dair fikirlərini APA ilə bölüşən Rusiya Siyasi Araşdırmalar İnstitutu direktor müavini Daria Qrevtsova deyib ki, Rusiya artıq Minsk-1 və Minsk-2 razılaşmalarından dərs çıxarıb: “O zaman atəşkəs sadəcə olaraq Ukrayna ordusunun yenidən silahlanması, müharibəyə başlamaq üçün bütün Ukrayna resurslarının səfərbər edilməsi və aktivləşdirilməsi demək idi. Buna görə də, indi, atəşkəsin oxşar analoqu təklif olunanda, Rusiya keçmiş təcrübəni nəzərə alaraq, çox güman ki, belə bir barışıqla razılaşmayacaqdır. Amma bu müharibənin dayandırılmasını istəyən qlobal cənub ölkələrinin təzyiqi altında Rusiyanın bu barışıqla razılaşması variantı var. Amma şərtlə. Bu şərtin nə olacağını dəqiq deyə bilmərik, ölkə rəhbərliyi buna qərar verəcək, amma ehtimal ki, bu, bu 30 gün ərzində sanksiyaların ləğvi və ya bəlkə də bu 30 gün ərzində Ukraynaya silah tədarükünə embarqo qoyulması ola bilər”

Amerikalı siyasi analitik Peter TeyzAPA-ya verdiyi müsahibədə bildirib ki, bu təklif Moskvanın güclü etirazları ilə qarşılanacaq: "Lakin Türkiyə, BƏƏ, Macarıstan və ABŞ kimi digər aktorlar Rusiyanı Ukraynanın Ciddədə qəbul etdiyi bu şərtlərə əməl etməyə inandıra bilərlər."

ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat dəstəyinin bərpası

Görüş zamanı mühüm qərarlardan biri də ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat dəstəyini dərhal bərpa etməsi oldu. Daha əvvəl ABŞ hökumətində baş verən siyasi fikir ayrılıqları səbəbindən bu yardım qismən azaldılmışdı. Lakin indi Vaşinqton aşağıdakı dəstəkləri verməyə razılaşıb:

- Rusiyanın raket və dron hücumlarına qarşı mübarizə aparmaq üçün qabaqcıl hava hücumundan müdafiə sistemləri;

- Ukraynanın döyüş meydanında mövqeyini gücləndirmək üçün uzunmənzilli artilleriya və sursatlar;

- Rusiyanın əməliyyatlarını vaxtında aşkar etmək və cavab vermək üçün genişləndirilmiş kəşfiyyat məlumatları.

Bu qərar ABŞ-nin Ukraynanın suverenliyini və müdafiəsini dəstəkləməkdə davam etdiyini göstərir, eyni zamanda gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri təşviq edir.

Hərbi ekspert Kovalenko ABŞ-nin Ukraynaya hərbi dəstəyinin bərpa edilməsinin olduqca mühüm əhəmiyyət daşıdığını düşünür: “Bir müddət ABŞ bizə altı ay ərzində yardım göstərmirdi. 2023-2024-cü illər arasında Konqresdə Respublikaçılar Partiyası Ukraynaya yardımı bloklamışdı.

Bu dövrdə vəziyyət son dərəcə çətin idi, lakin müdafiə tap gətirmişdi. İndiki halda da müdafiə sistemi dağılmazdı və cəbhə xətti çökməzdi. Bununla belə, yardımın olması həm müdafiənin təşkili, həm də əks-hücum əməliyyatlarına hazırlıq baxımından vacibdir.

Ona görə də ABŞ-dən gələn yardımın diversifikasiyası yaxın zamanda Ukrayna üçün əsas vəzifələrdən biri olacaq. Biz əmin olmalıyıq ki, ABŞ-dən başqa, digər dəstək mənbələri də daim mövcuddur. Bu isə təkcə Avropa İttifaqı ilə məhdudlaşmır.

Ümumiyyətlə, ABŞ ilə əməkdaşlıq Ukrayna üçün daha əlverişlidir. Bu, potensialın daha sürətlə artırılmasına və geniş miqyaslı kəşfiyyat məlumatlarının əldə edilməsinə imkan verəcək. Çünki kəşfiyyat məlumatlarının müxtəlif mənbələrə yayılması əvəzinə, birbaşa ABŞ-dən alınması daha effektivdir”.

Amerikalı siyasi şərhçi Peter Teyz də vurğulayıb ki, “Ukrayna Vaşinqtondan hərbi dəstək almaqda davam edəcək. Rusiya isə sülhü təmin etmək və reallıqla barışmaq üçün addımlar atmalıdır"

Humanitar məsələlər

Ciddədə baş tutan ABŞ-Ukrayna danışıqları yalnız hərbi və diplomatik mövzularla məhdudlaşmadı. Görüşdə Ukraynadakı humanitar böhran da müzakirə olundu. Müharibənin mülki əhali üzərində ağır təsiri nəzərə alınaraq, humanitar yardım, bərpa planları və zərərçəkənlərə əsas ehtiyacların təmin edilməsi məsələləri diqqət mərkəzində oldu.

Kovalenko Ukrayna üçün ən vacib məsələlərdən birinin hərbi əsirlərin geri qaytarılması olduğunu qeyd edib: “Biz bu məsələni daim gündəmə gətiririk, lakin Rusiya tərəfi bu prosesləri və görüşləri müxtəlif yollarla pozur. Rusiya yalnız o halda böyük miqyaslı əsir mübadiləsinə razı olur ki, Ukraynanın əlində Rusiya üçün strateji əhəmiyyət daşıyan əsirlər olsun. Bu halda o, mübadilə aparmağa meylli olur.

Biz ABŞ ilə yalnız “bütün əsirlərin dəyişdirilməsi” məsələsini deyil, həm də zorakılıqla öz doğma torpaqlarından qovulmuş vətəndaşlarımızın, xüsusilə uşaq evlərində böyüyən uşaqların və dövlət müəssisələrində yerləşdirilmiş digər şəxslərin Ukraynaya qaytarılması məsələsini müzakirə edirik. Bu şəxslər müvəqqəti işğal olunmuş ərazilərdən Rusiya ərazisinə qanunsuz şəkildə aparılıblar. Bu məsələlər müzakirə olunub və biz ümid edirik ki, ABŞ nümayəndələri bu məsələləri Rusiya tərəfi ilə keçiriləcək görüşlərdə diqqətə çatdıracaqlar”.

Amerikalı ekspert Piter Teyz isə Azərbaycanın da Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirərək bunları qeyd edib: "Ukraynadakı humanitar təşəbbüslər Azərbaycan xalqının böyük səxavəti sayəsində həyata keçirilir. 12 fevral 2025-ci ildə Azərbaycandan göndərilən ikinci 1 milyon dollarlıq humanitar yardım çərçivəsində Ukraynaya elektrik avadanlıqları göndərilib. 7 və 12 fevralda göndərilən yardıma 52 min metrdən çox elektrik kabelləri və naqilləri, eləcə də 17 transformator daxildir. Bu yardım Ukraynanın müharibədən zərər görmüş enerji infrastrukturunu bərpa etməyə və sərt qış şəraitində çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək".

Amerikalı siyasi analitik qeyd edib ki, son üç ildə Azərbaycan Ukraynaya 40 milyon dollardan çox dəyərində humanitar və bərpa yardımı göstərib. Bu yardıma 134 transformator, tam transformator yarımstansiyaları, 70 güc generatoru və 3,4 milyon metr elektrik kabelləri daxildir.

Gələcək diplomatik yol xəritəsi

Ciddə danışıqları beynəlxalq sülh prosesinin gələcək istiqamətlərini müəyyənləşdirdi. Növbəti danışıqların Brüsseldə və Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Amerikalı siyasi ekspert Teyz isə bildirib ki, növbəti görüşlərdən biri gələn ay yenidən Ciddədə keçiriləcək: "İndi söz Moskvadadır."

Ukraynalı ekspert Kovalenko Kiyev ilə Vaşinqton arasında münasibətlərin mövcud administrasiya fonunda olduqca çətin inkişaf etdiyini qeyd edib: “Çünki indiki administrasiya tam olaraq diplomatik yanaşmaya malik deyil, bu, daha çox biznes-konsorsiumu xatırladır. Hazırkı ABŞ Administrasiyasını Donald Trampın rəhbərlik etdiyi biznes strukturu kimi təsvir etmək olar. Bu səbəbdən biz başa düşməliyik ki, klassik diplomatiya işləməyəcək və qeyri-adi metodlarla fəaliyyət göstərmək lazım gələcək. Xüsusilə də yeni ABŞ Prezidentinin ambisiyaları və qeyri-müəyyən xarakteri nəzərə alınarsa, danışıqların asan olmayacağı aydındır. Buna baxmayaraq, biz ABŞ ilə ikitərəfli münasibətləri qoparmaq niyyətində deyilik və yeni Prezidentlə diplomatik əlaqələri yüksək səviyyədə saxlamağa çalışırıq. Bu, çətin vəzifədir və bu müddət ərzində bunun nə qədər mürəkkəb olduğunu görmək mümkündür. Lakin ümumilikdə, demək olar ki, prezidentlər və administrasiyalar dəyişsə də, ölkələr və tərəfdaşlar arasındakı strateji münasibətlər qalır”.

Ukraynanın mineral resurslarına dair məsələ

Atəşkəslə bağlı müzakirələr fonunda ABŞ və Ukrayna arasında Ukraynanın zəngin mineral ehtiyatlarının inkişafına yönəlmiş iqtisadi razılaşmalar da müzakirə edilib. İlkin çərçivə sazişinə əsasən, Ukraynanın təbii resurslarından (minerallar, neft və təbii qaz) əldə ediləcək gəlirin 50%-i birgə yaradılacaq Bərpa İnvestisiya Fonduna yatırılacaq. Bu vəsait Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi stabilliyinə töhfə vermək məqsədini daşıyır.

"ABŞ çox yaxın zamanda Ukraynada nadir torpaq elementlərinin hasilatına başlayacaq", - deyə Piter Tase bildirib.

Sülh üçün həlledici an?

Ciddədə baş tutan ABŞ-Ukrayna görüşü ciddi diplomatik və hərbi öhdəliklər ortaya qoysa da, onların uğuru Rusiyanın atəşkəs təklifinə cavabından asılı olacaq. Moskva razılıq verərsə, bu, genişmiqyaslı sülh prosesinin başlanğıcı ola bilər. Əks halda, Ukrayna gücləndirilmiş ABŞ hərbi dəstəyi ilə öz müdafiəsini davam etdirəcək. Dünya diqqətlə hadisələrin inkişafını izləyir. Bu atəşkəsin uzunmüddətli sülhə gətirib-gətirməyəcəyini və ya döyüşlərin davam edib-etməyəcəyini qarşıdakı həftələr müəyyən edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Mart 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see165

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see113

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see113

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri