Icma.az
close
up
RU
ABŞ Rusiyaya ATACMSlarla hücum xəritəsi tərtib edib. 200

ABŞ Rusiyaya ATACMSlarla hücum xəritəsi tərtib edib. 200

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

The Wall Street Journal (WSJ) yazır ki, bu Rostov vilayəti olacaq. Amerikalı jurnalistlər iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri uzaq mənzilli ATACMS raketləri ilə Rastovun 4 hərbi aerodromunu vuracaq. Qeyd edək ki, WSJ Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitik mərkəzi tərəfindən tərtib edilmiş xəritəyə istinad edir. Sözügedən 200 hərbi hədəf məhz bu mərkəzin xəritəsində göstərilib.
İlk dəfə noyabrın 17-də məlum oldu ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya Rusiyaya ilə müharibədə ATACMS raketlərindən istifadəyə icazə verib. Artıq noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinə 6 uzaqmənzilli Amerika raketi atdı. Rusiya tərəfinin məlumatına görə onlardan beşi “Pantsir” və S-400 zenit-raket kompleksləri vasitəsi ilə vurulub, biri isə yararsız hala gətirilib.

Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski bəyan etdi ki, Rusiya ərazisinə uzaq mənzilli silahlarla dəfələrə zərbələr endirilib. “Biz ilk dəfə deyil ki, belə silahlardan istifadə edirik. Beynəlxalq hüquq normalarına uyğun olaraq bizim bunu etməyə haqqımız çatır”, - deyə o vurğulayıb.
Rusiya Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə “Oreshnik” atmaqla cavab verdi.
Noyabrın 21-də Rusiya “Oreshnik” orta mənzilli ballistik raketdən istifadə etməklə Dnepropetrovskdakı raket və silah istehsalı müəssisəsinə kompleks hücuma keçdi. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Moskva Ukraynanın Kursk və Bryansk vilayətləri ərazisinə endirilən zərbələrə uzaqmənzilli ATACMS və “Storm Shadow” raketlərindən istifadə etməklə cavab verib.

Bu o deməkdir ki, Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməyə davam edərsə, Rusiya ordusu onların dünyanın istənilən nöqtəsindəki təchizat mərkəzlərini heç bir hava hücumundan müdafiə sisteminin tab gətirə bilməyəcəyi silahlarla vura bilər.
Səbinə Həsənova
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri