Misli nin pisliyi Müştərilərin uduşunu ödəmir
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərlotereya” ASC-yə məxsus olan “Misli” idman mərc oyunları (totalizator) və lotereya brendinin fəaliyyəti ilə bağlı şikayət daxil olub.
Adının çəkilməsini istəməyən abonent bildirir ki, o dünən gecə Çexiya və İspaniya milli komandaları arasında keçirilən oyunlara mərc qoyuluşu edib və kuponu udub, ancaq uduş məbləği Misli.az veb-saytındakı hesabına köçürülməyib. Kontorla əlaqə saxladıqda isə ona başdansovdu və qeyri-adekvat cavablar verilib.
Abonent deyir: “Mən illərdir futbol mərcləri edirəm. Hobbimdir. İndiyədək nə çox pul udmuşam, nə də uduzmuşam. Yəni bir dəfə udanda bir dəfə də uduzuram. Kiçik qoyuluşlar edirəm, əvəzində oyunlara ləzzətlə baxıram. Dünən də elə etdim. Çexiya-İspaniya matçının fasiləsində qonaqların bundan sonra daha 5 künc zərbəsi vuracağına dair mərc qoyuluşu etdim. 5 manat. Doğrusu, belə şeylər nadir hallarda olur, amma mənə elə gəldi ki, məhz belə olacaq. Oyunun sonuna yaxın ispanlar 10-cu künc zərbəsini də vurdu və kuponum uddu. Bu səhər baxıram ki, qoyduğum pul hesabıma qaytarılıb, amma udduğum pul yox. Elə bir məbləğ deyil, amma aldadılmaq hər zaman canincidəndir”.
Bundan sonra abonent misli.az saytının onlayn bölümü əlaqə saxlayıb. Ona belə bir cavab veriblər (şəkildə): Abonent razılaşmayıb, əlavə izahat verilməsini tələb edib. Ancaq ona yenə də ağlabatan cavab verilməyib. İndi aldadılmış müştəri deyir ki, əgər mərc qoyuluşu 5 manat yox, məsələn, bəzi varlıların etdiyi kimi, 500 manat olsaydı, onda necə olacaqdı, adamın o məbləğdə uduşunu ödəməyərək, bu cür izahat verəcəkdilər? “Allah bilir, hər gün bu fəndi nə qədər adama tətbiq edir, udanların uduşunu ödəmirlər, hesab edirlər ki, kimin əli hara çatacaq”. Qarşı tərəfin baş vermiş xoşagəlməz olayla bağlı izahat verməsi arzu olunur. /Musavat.com
Post navigation
Previous: Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı
Baxış sayı:137
Bu xəbər 13 Noyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















