Icma.az
close
up
RU
ABŞ Rusiyaya güzəştlər etmək yoluyla müharibəni dayandırmağa çalışmır Oqtay Qasımov

ABŞ Rusiyaya güzəştlər etmək yoluyla müharibəni dayandırmağa çalışmır Oqtay Qasımov

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında başlanan danışıqlar, əlbəttə ki, Rusiyaya müəyyən imkanlar yaradır. Belə ki, Amerika tərəfi Rusiya ilə danışıqlar nəticəsində həm Ukraynada müharibənin dayandırılmasını, həm də Rusiyanın yenidən G7 formatına qayıtması ilə bağlı verilən açıqlamaları Rusiyada ciddi ümidlər yaratmışdır. Təbii ki, ilk baxışdan bu məsələ həll olunmuş kimi görünsə də, hesab edirəm ki, hələ də müzakirə olunacaq xeyli məsələ var. Çünki biz hazırda Rusiya ilə Amerika arasında aparılan danışıqların hansı nəticələrə gətirib çıxaracağını bilmirik və danışıqların hansı sxem üzrə, hansı şərtlərlə aparıldığına dair dəqiq məlumatlar yoxdur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Amerika tərəfi müəyyən vədlər verərək Rusiyanı danışıqlar masasına gətirməyə çalışır.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığında “qarşılıqlı ticarət, iqtisadi və investisiya əməkdaşlığına birtərəfli maneələrin aradan qaldırılması üçün ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün ünsiyyəti davam etdirmək” barədə razılığa gəliblər.

“Amma bu vədlər tam şəkildə yerinə yetiriləcəkmi? Yaxud hazırda Rusiyanı şirnikləndirmək məqsədilə verilən bu vədlər hansı şərtlər altında həyata keçəcək? Bu haqda dəqiq bilgilərimiz yoxdur. Yəni Rusiya bu qədər güzəştlər edəcəksə, bunun qarşılığında nə əldə edəcək? Bu barədə dəqiq bir məlumat yoxdur. Çünki Amerika yalnız Rusiyaya güzəştlər etmək yoluyla müharibəni dayandırmağa çalışmır. Nəzərə alsaq ki, Trampın özünün siyasi kimliyi və peşə etibarı ilə danışıqlar masasında yalnız öz maraqlarını önə çəkən bir şəxs olduğu da məlumdur, bu baxımdan hazırda müzakirə olunan məsələlər yalnız Amerika tərəfindən Rusiyaya verilən güzəştlərdir. Bunu artıq görürük, amma Rusiya tərəfindən Amerikaya hansı güzəştlər ediləcək və bu məsələlər necə həll ediləcək, hələ də aydın deyil. Təbii ki, əgər bu, birtərəfli şəkildə olacaqsa və Rusiyaya qarşı münasibət yumşaldılarsa, bu, Rusiya üçün geniş imkanlar yaradacaq. Hazırda Rusiyada işləmək üçün vaxtilə buradan çıxmış böyük şirkətlər geri qayıtmağa çalışacaqlar, çünki Rusiya kifayət qədər geniş bazara malikdir və bu bazarı heç kim əlindən buraxmaq istəmir. Amma bir daha qeyd edim ki, Trampın proqnozlaşdırıla bilən şəxs olmadığını nəzərə alaraq, 20 gün əvvəl Rusiyaya qarşı çox sərt ifadələr işlətdiyini də göz önünə alaraq, hələlik bu məsələlərin ilkin mərhələsində proqnoz vermək çətindir. Yaxın günlərdə Səudiyyə Ərəbistanının paytaxtında iki tərəfin nümayəndələri artıq danışıqlara başlayacaqlar və gündəliklər müəyyən olunacaq. O zaman dəqiq bilinəcək ki, tərəflər nəyi istəyir, kim kimə nəyi verəcək və nəyi alacaq”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri