Icma.az
close
up
RU
Türk dünyası üçün tarixi səhv, yoxsa inanılmaz plan? Gözlər Ankarada

Türk dünyası üçün tarixi səhv, yoxsa inanılmaz plan? Gözlər Ankarada

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər üç türk dövlətinin – Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə səfirlik açması Türkiyənin Kipr siyasətinə və ümumilikdə türk birliyinə zərbə kimi şərh olunur.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar IV Antalya Diplomatiya Forumunda çıxışında bəzi türk dövlətlərinin Kiprin yunan hissəsini tanımaq cəhdlərinə münasibət bildirib. O qeyd edib ki, bu, Avropa İttifaqının (Aİ) təlqinləri ilə həyata keçirilir: “Mən türk dövlətlərini eyni münasibəti Şimali Kiprlə də qurmasını istəyərdim”.

Rəsmi Ankara isə hələ ki məsələyə münasibət bildirməyib.

Globalinfo.az-a danışan ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz bildirib ki, bizim 300 milyonluq bir ailəmiz var – Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr, icmalar və ya başqa dövlətin himayəsində yaşayan türklər:

“Adıçəkilən qardaşlarımızın verdiyi siyasi qərar müxtəlif xarici və daxili təsirlərdən qaynaqlana bilər. Məyus olduq, incidik, lakin bu inciklik ömür boyu davam edə bilməz. Daha iri tablonu görüb böyük hədəflərə çatmaq, dünyada artan risk və təhdidlərə qarşı birlik olmağın vaxtıdır. Onları təhqir edərək, “12 milyard avroya satıldılar” və s. tərzində söhbətlər qalıcı problemlər yarada bilər. Əminəm ki, Şuşada keçiriləcək TDT zirvəsində bu mövzular müzakirə ediləcək. Bu səbəbdən hadisəni yaratdığı təsir baxımından dəyərləndirmək lazımdır deyə düşünürəm”.

Yücel Karauz

Y.Karauz qeyd edib ki, bu qərar nə adanın rum kəsiminə, nə bu dövlətlərin özlərinə fayda verəcək, eyni zamanda Kiprin indiki mövqeyinə çox da təsir göstərməyəcək:

“Bu, onların tarixində qalacaq səhv addımdır və üzücü bir hadisədir. Lakin biz önümüzə baxacağıq, yanlışlardan deyil, doğrulardan və hadisələri bizi birləşdirən mədəniyyət, tarix və bərabərlik prizmasından və gələcək perspektivdən dəyərləndirəcəyik”.

Türkiyəli politoloq Hüsaməddin İnaçın sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyəti 2009-cu ildə yaradılan və 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adını alan qurumun müşahidəçi üzvüdür:

“Türkiyə uzun illər ərzində bu dövlətin tanınması üçün ciddi səylər göstərib. Ancaq son dövrdə Avropa İttifaqının Orta Asiyadakı türk dövlətlərinə təsir etmə cəhdləri, bir tərəfdən də Rusiyadan qaynaqlanan böyük təzyiqlər mövcuddur.

Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın BMT-nin 541 və 550 saylı qətnamələrini qəbul etməsi Türkiyədə şok effekti yaratdı. Bu qətnamələrə əsasən, Kipr bütövlükdə rumlara aid tək bir dövlət olaraq qəbul edilir, Türkiyə işğalçı dövlət kimi qeyd olunur və ŞKTC-yə də müstəqil bir dövlət kimi baxılmır. Bu yanaşmanın arxasında təəssüf ki, Türkiyənin yaşadığı iqtisadi çətinliklər və sözügedən ölkələrə kifayət qədər yardım edə bilməməsi dayanır. Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin səfəri ilə 3-4 apreldə Səmərqənddə keçirilən zirvədə bu dövlətlərin infrastruktur, xammal, rabitə və nəqliyyat sahələrinə 12 milyon avroluq ciddi investisiyaların qoyuluşu məsələsi müzakirə edilib.

Digər tərəfdən, bu ölkələr Rusiyanın təsirindən xilas olmaq üçün Türkiyəyə çox yaxınlaşmaq istəmirlər və Aİ-ni Rusiyaya qarşı balanlaşdırıcı amil olaraq görməyə və göstərməyə çalışırlar”.

Hüsaməddin İnaç

H.İnaç vurğulayıb ki, istənilən halda, bu, qardaşlıq ruhunu zədələyən hadisədir:

“Çünki türk dünyasının yaradacağı təsir Aİ-nin bölgədə yaradacağı təsirdən qat-qat üstün olacaq və onun davamlı olması önəmlidir. Bu baxımdan bu ölkələrin yanlış seçim etdiklərini söyləməliyik”.

Politoloq bu məsələdə səslənən başqa bir fikri də qeyd edib:

“Bu dövlətlərin Türkiyə ilə bərabər addım atdıqları da iddia olunur. Xüsusilə, Transatlantik İttifaqının pozulmasından sonra Aİ-nin türk ordusuna duyduğu ehtiyac və bu mənada Aİ-Türkiyə yaxınlaşması, üzvlük perspektivinin yenidən canlanması ilə Kiprin də Aİ adasına çevrilməsi, yəni Türkiyənin təşkilata qatılması ilə Kiprin bir türk adasına çevriləcəyi fikri də var. Amma rəsmi Ankara indiyədək bununla bağlı hər hansı açıqlama verməyib. Bu da Türkiyənin məsələdən xəbərdar olması yönündə fikirləri gücləndirir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri