Icma.az
close
up
RU
ABŞ sanksiyalardan yayınmaqda İrana kömək edən şirkətləri hədəf alıb

ABŞ sanksiyalardan yayınmaqda İrana kömək edən şirkətləri hədəf alıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 avqust, AZƏRTAC

Cümə axşamı, avqustun 7-də Vaşinqton ABŞ sanksiyalarından yayınmaqda İrana kömək etdiyi iddia edilən 18 fiziki və hüquqi şəxsi hədəf alıb. Onlara qarşı yeni sanksiyalar tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, ABŞ Maliyyə və Xəzinədarlıq Nazirliyinin məlumatına görə, sanksiyalar İran rejiminə qeyri-qanuni gəlir əldə etməkdə və ölkədaxili repressiyalara şərait yaratmaqda ittiham olunan maliyyə və informasiya texnologiyaları şəbəkələrini hədəfə alıb.

Siyahıya alternativ bank mesajlaşma sistemi quran “RUNC Exchange System Company” və sanksiyaya məruz qalan İran qurumları üçün əməliyyatları gizlətmək üçün istifadə edildiyi iddia edilən “Cyrus Offshore Bank” daxildir. Texniki firma FANAP və onun törəmə şirkətləri də hökumətlə əlaqəli müşahidə əməliyyatlarında oynadıqları rola görə “qara siyahı”ya salınıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun açıqlamasında bildirilir: “Bu hərəkətlər sabitliyi pozan davranışlarını davam etdirdiyi müddətcə İranın beynəlxalq maliyyə sisteminə çıxışını qadağan etmək öhdəliyimizi gücləndirir”.

Birləşmiş Ştatların maliyyə və xəzinədarlıq naziri Skott Bessent qeyd edib ki, təyinatlar maksimum iqtisadi təzyiq kampaniyasının bir hissəsidir. O əlavə edib: “İran rejiminin gizlənmək üçün yeri tükənir. Xəzinədarlıq İranın bizim sanksiyalardan yayınmağa yönəlmiş planlarını pozmağa, onun gəlir əldə etməsinə mane olmağa və silah proqramlarını həyata keçirməyə əngəl törətməyə davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri