Azərbaycanda bitki yağları bahalaşdı VİDEO
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.
Gununesi.info İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər.
Satıcılar da son bir ay ərzində qiymət artımının daha aydın hiss olunduğunu bildirirlər. Onların sözlərinə görə, qiymət artımı 50 qəpik-1 manat arasında artıb:
“Türkiyədən, Rusiyadan gələn yağlarımız var. Eyni zamanda, Azərbaycanın yerli istehsalçılarına məxsus məhsullar da satılır. Bu yağlar arasında qiymət fərqi var. Son bir ay ərzində qiymətlərdə təxminən 50 qəpikdən 1 manatadək artım müşahidə olunub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Noyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















