Bellinqem Vinisiusu müdafiə etdi: “Hamı onu tənqid etmək üçün bəhanə axtarır”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda PSV üzərində qazanılan 5:1 hesablı qələbədən sonra komanda yoldaşı Vinisius Junioru müdafiə edib.
İdman.Biz “TNT Sports”a istinadən xəbər verir ki, ingiltərəli futbolçu braziliyalı hücumçunun ünvanına həddindən artıq tənqid səsləndirildiyini bildirib.
“Düşünürəm ki, Vinisius möhtəşəm oyun keçirdi. İlk hissədə sanki hamımız oyun ritmindən bir qədər uzaq düşmüşdük. Lakin fasilədən sonra komandanın oyun səviyyəsi xeyli yüksəldi və o, möhtəşəm idi.
Elə görünürdü ki, bu, onun qol vura bilməyəcəyi oyunlardan biri olacaq. Bilirəm ki, hazırda belə hallar ona bir qədər təzyiq göstərir. Hiss edirəm ki, ona qarşı müəyyən təqib var. Sanki hamı onu sərt tənqid etmək üçün bəhanə axtarır.
Düşünürəm ki, onun qolu həm klub, həm komanda, həm də özü üçün matçın ən yaxşı anı oldu. Bu qol Vinisiusun ikinci hissədəki möhtəşəm çıxışını tamamladı”, - deyə Bellinqem qeyd edib.
Baxış sayı:57
Bu xəbər 26 Noyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















