ABŞ sanksiyalarını davam etdirir
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ hakimiyyəti İran nefti və neft məhsullarının daşınması və satışı ilə əlaqəli 17 gəmi və bir sıra şirkətə sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyaya məruz qalan 17 tanker milyonlarla barel İran nefti, yanacağı və neft məhsullarının Cənub-Şərqi Asiya bazarlarına daşınmasında istifadə olunub. Tankerlər Çin, Böyük Britaniya və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə məxsusdur.
Bundan əlavə, İranın neft-kimya sənayesi ilə əlaqəli olduğu bildirilən Böyük Britaniya, Hindistan, İran, Çin, BƏƏ, Türkiyə və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edilib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, tədbirlər İranın “kölgə donanması” şəbəkəsinin böyük hissəsinə təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Oktyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















