Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib.
Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 5 yanvar tarixli qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, xidmət haqqının miqdarı Azərbaycan ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri zamanı günlük 50 AZN, Azərbaycan ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirlər zamanı isə günlük 100 manatdır.
Hakimlər briqadasının üzvləri və yarışların baş katibinin xidmət haqqı isə müvafiq olaraq 25 və 50 manat müəyyənləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Noyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















