ABŞ səfiri belçikalı naziri təhqir etdiyi üçün XİN ə çağırıldı
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belçikanın xarici işlər naziri Maksim Prevo ABŞ-nin bu ölkədəki səfiri Bill Uaytı nazirliyə çağırıb.
Moderator.az "Politico"ya istinadən xəbər verir ki, buna səbəb səfərin Belçikanın səhiyyə nazirini sosial şəbəkələrdə ələ salmasıdır.
Nəşrin məlumatına əsasən, B.Uayt bir müddət əvvəl sosial şəbəkə hesabında səhiyyə naziri Frank Vandenbrukun süni intellekt vasitəsilə yaradıldığı ehtimal edilən şəklini paylaşaraq "Belçikanın əsas uğursuzu kimdir?" qeydini yazıb. Fotoda nazirin portreti siqaret qutusunun üzərində təsvir olunub. Qutunun üzərində "Vandenbruk. Həyatın bütün sevinclərini məhv edir" sözləri əks edilir.
M.Prevo isə buna cavab olaraq bildirib ki, səfir tərəfindən hökumət nümayəndəsinin ünvanına bu cür təhqiredici ifadələrin işlədilməsi qəbuledilməzdir. Belçika Xarici İşlər Nazirliyi diplomatın çağırıldığını təsdiqləyib.
Nəşr xatırladıb ki, mart ayında F.Vandenbruk alkoqol reklamlarında sağlamlığa zərər barədə xəbərdarlıq mətninin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi təklif edib. Nəşrin qənaətinə görə, ABŞ-li səfirin paylaşımı böyük ehtimalla məhz bu təşəbbüsə yönəlmiş bir istehzadır.
Baxış sayı:128
Bu xəbər 28 Avqust 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















