Icma.az
close
up
RU
ABŞ səfiri ilə bağlı müəmma: Libbi Bakını niyə tərk edir? Vaşinqton kartları açdı

ABŞ səfiri ilə bağlı müəmma: Libbi Bakını niyə tərk edir? Vaşinqton kartları açdı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbdən Bakıya qarşı şantaj xarakterli təzyiqlər pik həddə çatır. ABŞ, Avropa İttifaqı (Aİ) Azərbaycanın ünvanına qara PR kampaniyasını hər gün bir qədər də artırırlar. 

Əsas arqument insan haqlarının, media azadlığının, seçki hüququnun pozulması, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsidir.

Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən tanınmış insan haqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olunub.

Qaliblərdən biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Digər mükafat alan isə “Abzas Media”nın baş redaktoru Sevin Vaqifqızıdır. A.Blinken hər iki şəxs haqda danışıb və onları tərifləyib.

Antoni Blinken

Dövlət katibi tədbirdə rəsmi Bakının ünvanına sərt sözlər deyib. Azərbaycan hakimiyyətini insan haqlarını pozmaqda suçlayıb.

Ölkəmizə qarşı təzyiqlər ABŞ-da ən yüksək səviyyədə koordinasiya edilir. Dövlət katibi şəxsən bu kampaniyanın başında dayanır. Qərb diplomatlarının, siyasətçilərinin demokratiyanı, insan haqlarını bəhanə edib, ölkələrə təzyiq göstərmələri yenilik deyil. Son 30 ildir bu cür acı təcrübələrlə sıx-sıx rastlaşılır.

Azərbaycana qarşı güclənən təzyiqin isə səbəbləri var. Bu, ilk növbədə Qarabağın və ətraf rayonların işğaldan azad edilməsinə verilən reaksiyadır. ABŞ başda olmaqla əksər Qərb ölkələri bu gerçəklə barışmaq istəmirlər.

İkinci səbəb Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarında Vaşinqtonun istəyinə qarşı Bakının ortaya qoyduğu iradədir. Əliyev iqtidarı Blinkenin sülh təşəbbüslərinə qarşı açıq mövqe nümayiş etdirir. Bu, Dövlət Departamenti daxil, bütövlükdə Bayden administrasiyasını qəzəbləndirir. ABŞ Cənubi Qafqaz uğrunda Rusiya-Çin tandeminə uduza biləcəyinin fərqindədir. Bu səbəbdən İrəvanda, Tbilisidə və Bakıda prosesləri nəzarətdə saxlamağa var gücü ilə çalışır.

Azərbaycanın 44 günlük müharibədən sonra regional və qlobal proseslərə liderlik etməsi, bəzi hallarda təşəbbüsü ələ alması, güclənməsi Vaşinqtonda gərginlik yaradır. Asiya ilə Avropanı birləşdirən əsas ölkə kimi Azərbaycanın əhəmiyyətinin artması da Qərbdə narahatlığı artıran amildir.

Zəngəzur dəhlizi ilə bağlı perspektiv planları da bura əlavə etdikdə ABŞ və Aİ-nin ölkəmizə qarşı bu cür aqressiv və ədalətsiz münasibətinin səbəbləri bir qədər də aydınlaşır. Dəhliz müharibələrində indidən ciddi mövqeyə sahiblənmək ehtirası Vaşinqtonu, Brüsseli çılğına döndərib.

Bu sadaladıqlarımız və başqa amillər Qərbi indidən önləmlər almağa vadar edir. Anlayırlar ki, sonra gec olacaq. Azərbaycan növbəti mərhələdə tamamilə müstəqilləşəcək və heç bir qlobal güc ona diqtə etmək resursunu əlində saxlaya bilməyəcək.

İlham Əliyevin zərgər dəqiqliyi ilə işləyib həyata keçirdiyi xarici siyasət bəhrəsini verməkdədir. Artıq Bakının ayaq səsləri Yaxın Şərqdən gəlir. Bu coğrafiyada İlham Əliyev böyük ittifaqlara imza atır. Regionun lider dövləti olan İsraillə razılıqlar əldə edildiyinə dair məlumatlar səsləndirilir. Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə son səfəri zatən çox şeydən xəbər verir. Ona görə də ABŞ, onun Avropadakı peykləri sistemli şəkildə Bakını təzyiq altında saxlamağa çalışırlar.

Dövlət katibinin köməkçisi, departamentin insan hüquqları üzrə baş nümayəndəsi Dafna Rand “Turan” İnformasiya Agentliyinə müsahibəsində sadaladığımız məqamlara toxunub. Açıqca deyib ki, Vaşinqton Bakıya təzyiqləri artıracaq. Xanım Rand diplomatik dillə anladıb ki, agentura şəbəkəsini siyasi-iqtisadi baxımdan bəsləməkdən əl çəkməyəcəklər.

Sitat: “Bakının narazılığına baxmayaraq, ABŞ Azərbaycanda vətəndaş cəmiyyətini dəstəkləməyə davam edəcək”.

Dafna Rand

Dafna Rand müsahibədə vacib bir məqam haqda danışıb. O, ABŞ-ın Azərbaycandakı səfiri və səfirlik əməkdaşı barədə xüsusi qeydlər edib.

Sitat: “Biz Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə diqqət yetirmişik, bizim çox yaxşı səfirimiz var, Mark Libbi. Bakıda olduğu müddətdə bunu prioritet edib”.

D.Rand sonra deyir: “Bu gün biz mükafatı ABŞ-ın Bakıdakı səfirliyinin insan hüquqları üzrə əməkdaşına təqdim edirik. O, öz xidmətini başa vurub və bu məsələ üzrə işləyib. COP29 zamanı hüquq müdafiəçiləri və jurnalistlərin, vəkillərin, həbsxanada olanların hamısının acınacaqlı vəziyyəti barədə məsələ qaldırıldı”.

Xatırladaq ki, səfir Mark Libbi ötən həftə Bakıdan ayrıldığına dair açıqlama yaydı. Səbəb kimi xəstəliyini göstərdi. Cənab Libbinin xərçəngdən əziyyət çəkdiyi deyilir. Amma səfirin Bakıdan ayrılmasının siyasi səbəblərinin olduğu istisna edilmir. Bəzi ekspertlərin iddiasına görə, diplomatın vəzifəsini belə tez yekunlaşdırması yalnız xəstəliklə bağlı ola bilməz.

D.Randın müsahibədəki fikirləri bu qənaəti xeyli möhkəmlədir. Görünür, Mark Libbi rəsmi Bakının heç xoşlamadığı fəaliyyət meydanında görünüb və bu, hakimiyyət dairələrində qıcıq yaradıb. Azərbaycan iqtidarı xarici ölkə səfirlərinin bu istiqamətdə istənilən təşəbbüsünə qarşı dözümsüzdür. 2006-cı ildən bəri Dövlət Departamentinin ölkəmizə göndərdiyi səfirlərin siyasətdən uzaq olmaları, Azərbaycanın daxili işlərinə qarışmamaları aydın sezilirdi. Mark Libbi 18 illik ənənəni pozduğuna görə Bakıdan ayrıla bilərmi? İstisna edilmir.

Yada salaq ki, bu ilin may ayında Mark Libbi Şuşaya getmədiyi üçün gündəmə gəlmişdi. O, bunun səbəbini “kimlərinsə şousunda iştirak etməmək”lə əlaqələndirmişdi. Onun bu sözləri Azərbaycan ictimaiyyətində hiddət doğurdu. Prezident İlham Əliyev səfirin bu sözlərinə elə Şuşadan cavab vermişdi. Sitat: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.”

Xatırladaq ki, ABŞ-ın daha bir səfiri vəzifəsini başa vurmadan Bakını tərk edib. Bu hadisə 2006-cı ildə olub. Sabiq səfir Rino Harnış 2006-cı ilin aprel ayında qəfil Azərbaycandan getdi. Həmin vaxt deyilirdi ki, o, persona non qrata (arzu olunmaz şəxs-red.) elan edilərək Bakıdan demək olar, qovulub. Sabiq səfirin səlahiyyət müddətinin başa çatmasına xeyli qalırdı. Deyilənə görə, R.Harnışın adı 2005-ci ilin payızında Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində inqilaba cəhd prosesində hallandığı üçün rəsmi Bakının qəzəbinə tuş gəlib. Həmin dövrdə yayılan informasiyalarda o da bildirilirdi ki, Azərbaycan hökuməti təkzib olunmaz faktları ABŞ tərəfinə təqdim etdikdən sonra Rino Harnışı Bakıda saxlamaq mümkün olmayıb.

Tarix bəzən tez-tez təkrarlanır…

Azər Ayxan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri